
Azərbaycan dilində isimlərin bəzilərinə saitlə başlayan şəkilçilər artırdıqda həmin sözün ikinci saiti düşür. Bir qrup sözlər vardır ki, onlarda həm hal, həm də mənsubiyyət şəkilçisi artırıldıqda düşür. Bunlar aşağıdakılardır:
isim, qisim, cisim, nəsil, fıkir, ətir, səbir, qəbir, heyif, sətir, qədir, ömür, sinif eyib, şəkil, əsil, fəsil, xeyir, zehin və s.
Məsələn, hal şəkilçisi artırılanda – nəsil: nəslin, nəslə, nəsli; mənsubiyyət şəkilçisi artırılanda – nəslim, nəsliniz, nəslimiz.
Bu qrup sözlər ərəb-fars mənşəli sözlərdir.
Bir qrup sözlər də vardır ki, onlara yalnız mənsubiyyət şəkilçisi artırdıqda ikinci hecadakı sait düşür. Bunlar isə aşağıdakılardır:
beyin, ağıl, ağız, qoyun, bıırun, alın, boyıın, çiyin, oğul, qarın, əyin, qayın və s.
Məsələn, çiyin – çiynim, çiynin, çiyni, çiynimiz, çiyniniz.
Ağıl sözünü çıxmaqla qalan sözlər əsl Azərbaycan sözləridir.
Elvin bəy ən sevdiyim kanallardan yaradıb
Heç yerde tapmadım burda tapdım
Elvin bəy ən sevdiyim kanallardan yaradıb
Heç yerde tapmadım burda tapdım valla super
Suuuuuuuuuuuuuuuuuüuuuuuuuuuuuuuuuuuper
Sağol🤗🤗
Çox gözəldi🖤
hehehehe saxta bunu 6 sinif kitabdan köçürülmedi