- Language Mag - https://language.az -

Bəzi ikihecalı isimlərdə ikinci saitin düşməsi

Azərbaycan dilində isimlərin bəzilərinə saitlə başlayan şəkilçilər artırdıqda həmin sözün ikinci saiti düşür. Bir qrup sözlər vardır ki, onlarda həm hal, həm də mənsubiyyət şəkilçisi artırıldıqda düşür. Bunlar aşağıdakılardır:

isim, qisim, cisim, nəsil, fıkir, ətir, səbir, qəbir, heyif, sətir, qədir, ömür, sinif eyib, şəkil, əsil, fəsil, xeyir, zehin və s.

Məsələn, hal şəkilçisi artırılanda – nəsil: nəslin, nəslə, nəsli; mənsubiyyət şəkilçisi artırılanda – nəslim, nəsliniz, nəslimiz.

Bu qrup sözlər ərəb-fars mənşəli sözlərdir.

Bir qrup sözlər də vardır ki, onlara yalnız mənsubiyyət şəkilçisi artırdıqda ikinci hecadakı sait düşür. Bunlar isə aşağıdakılardır:

beyin, ağıl, ağız, qoyun, bıırun, alın, boyıın, çiyin, oğul, qarın, əyin, qayın və s.

Məsələn, çiyin – çiynim, çiynin, çiyni, çiynimiz, çiyniniz.

Ağıl sözünü çıxmaqla qalan sözlər əsl Azərbaycan sözləridir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (102 votes)