
Dil haqqında elmin sözün tərkibini (quruluşunu) öyrənən bölməsi morfemika (yunanca morfe – forma deməkdir) adlanır.
Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanır.
Sözün quruluşunu öyrənmək üçün onu tərkib hissələrinə ayırırlar.
Sözün ayrılıqda işlənə bilən və leksik mənaya malik olan hissəs kök adlanır. Sözün kökü ∏ işarəsi ilə göstərilir.
Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsi isə şəkilçi adlanır.
Məsələn, qapıçı sözündə qapı sözün kökü, -çı şəkilçidir. Azərbaycan dilində şəkilçilər, bir qayda olaraq, kökün axırına qoşulur.
Dilimizdə sözün əvvəlinə artırılan şəkilçilər də vardır. Bunlar alınma şəkilçilərdir: na, bi, ba, la, a, anti və s. Məsələn, narahat, laməkan, baməzə, bixəbər, anormal, antihumanist və s.
Şəkilçilər iki yerə bölünür: leksik şəkilçilər, qrammatik şəkilçilər.
Derivasion morfem nedir??
Sözün tərkibli mənasını ifadə edir