
Sifətlər quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur.
Sadə sifətlər
Sadə sifətlər bir kökdən ibarət olur və kökün sonunda leksik şəkilçi olmur. Məsələn:
qırmızı, yüngül, boz, qara, qəşəng, zərif və s.
Düzəltmə sifətlər
Düzəltmə sifətlər söz köklərinə leksik şəkilçilər artırmaqla düzəlir. Məsələn:
sulu, sınıq, duzsuz, söhbətcil, evdəki, gümüşü və s.
Düzəltmə sifətlər, əsasən, isim və feldən düzəlir.
İsimlərdən düzələn sifətlər.
İsimlərdən sifət düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:
- -lı4 – duzlu, sulu, daşlı, üzlü, mərhəmətli və s.
- -sız4 – yağsız, duzsuz, etibarsız, ütüsüz, biliksiz və s.
- –ı4 – armudu, qızılı, gümüşü, tarixi və s.
- -cıl4 – zarafatcıl, ölümcül, qohumcul, yuxucul və s.
- -dakı2 – bağdakı, evdəki, çöldəki və s.
- -i, -vi – kütləvi, inqilabi, tibbi, ənənəvi və s.
-lı4 və -sız4 şəkilçiləri bir-biri ilə qrammatik antonimlərdir.
Sonu saitlə bitən isimlərə -ı, -i leksik şəkilçiləri qoşularkən araya y samiti əlavə edilir. Məsələn: qəhvəyi, buğdayı, sürməyi, xurmayı və s.
- -lıq4 – aylıq, həftəlik, gündəlik, yaxşılıq, qurbanlıq və s.
- -ki4 – dünənki, gecəki, sabahkı, həminki, hazırkı və s.
Sifət düzəldən alınma şəkilçilər aşağıdakılardır:
- -keş – cəfakeş, zəhmətkeş, əzabkeş, qayğıkeş və s.
- -dar – əməkdar, evdar və s.
- -kar – təmizkar, riyakar, xəyanətkar, xilaskar və s.
- -xor – rüşvətxor, müftəxor, çayxor və s.
- -pərvər – xəyalpərvər, vətənpərvər və s.
- -pərəst – xəyalpərəst, xalqpərəst, millətpərəst, şöhrətpərəst və s.
- -amiz – ibrətamiz, hikmətamiz və s.
Sifət düzəldən alınma şəkilçilərin bir qismi isə ön şəkilçilərdir:
- na – naxoş, namərd, nainsaf, naşükür, nanəcib və s.
- la — laməkan, laqeyd və s.
- bi — bivəfa, bikef, bixəbər və s.
- ba – baməzə, basəfa və s.
- a – anormal, asinxron və s.
- anti — antimillət, antidünya, antihumanist və s.
Fellərdən düzələn sifətlər.
Feldən sifət düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:
- -ıcı4 — kəsici, boğucu, qıırucu, barışdırıcı və s.
- -ıq4 (-q, -k) – sınıq, qırıq, kəsik, əzik, böyük və s.
- -ınc2 – qorxunc, gülünc və s.
- -qın, -qun, -kin, -kün —satqın, tutqun, kəskin, küskün və s.
- -ğın, -ğun, -gin, -gün – dalğın, dolğun, gərgin, süzgün və s.
- -qan, -kən – çalışqan, sürüşkən və s.
- -ağan, -əyən – qaçağan, küsəyən, güləyən və s.
- -caq2 — utancaq, sevincək və s.
- -aq – qorxaq, ürkək və s.
- -ma2 – döymə, burma və s.
- -gən — deyingən, əringən və s.
Feldən sifət düzəldən şəkilçilər öz dilimizə məxsus şəkilçilərdir.
Mürəkkəb sifətlər
Mürəkkəb sifətlər bir neçə sözün birləşməsindon əmələ gəlir. Məsələn: qaraqaş, enlikürək, ucaboylu, yekəbaş və s.
Mürəkkəb sifətlər aşağıdakı yollarla əmələ gəlir:
- İki sadə sözün birləşməsindən. Məsələn: alçaqdaban, göygöz, uzunsaç, şirindil və s.
- Bir sadə və bir düzəltmə sözün birləşməsindən. Məsələn: qaradinməz, beşmərtəbəli, çoxhecalı və s.
- İki düzəltmə sifətin (birincisi feldən, ikincisi isimdən düzələn) birləşməsindən. Məsələn: soyuqqanlı, açıqqəlbli, açıqürəkli və s.
- Mənsubiyyət şəkilçisi olan sözün iştirakı ilə. Məsələn: alnıaçıq, qəlbiqara, stolüstü, əliəyri, gözüyaşlı və s.
- Sadə və ya düzəltmə sifətlərin təkrarı ilə. Məsələn: acı-acı, uzun-uzun, dadlı-dadlı, qalaq-qalaq və s.
- Yaxın və ya əks mənalı sözlərin birləşməsindən. Məsələn: daşlı-kəsəkli, bağlı-bağatlı, ağlı-qaralı, böyüklü- kiçikli və s.
- Biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin birləşməsindən. Məsələn: qara-qura, əyri-üyrü, xırda- mırda, kələ-kötür və s.
- Qeyri sözü ilə sifətin birləşməsi. Məsələn: qeyri- müəyyən, qeyri-adi, qeyri-aktiv, qeyri-fəal və s.
1-4-cü üsullarla yaranan mürəkkəb sifətlər bitişik, 5- 8-ci üsullarla yarananlar isə defıslə yazılır.
Təşəkkürlər
Salam çox sağ olun
Salam Əla
Salam Təşəkkürlər!
(╬▔皿▔)╯
☪💥💥💥💥💓💓💓
Aid hamisini atin
Bi ba
Təşəkkürlət
👍👍
cox asant
Mürəkkəb sifətlərin hər qaydasına göre çox olsa yaxşı olar.
Çox gözəl👍👍👍👍👍👍😘😘
Çox gözəl👍👍👍👍👍👍😘😘
Əladır super sifət haqqında hər şey var❤️🌹💙