Print

Sifətlərin quruluşca növləri

311 Bəyənmə 17 Şərh

Sifətlər quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur.

Sadə sifətlər

Sadə sifətlər bir kökdən ibarət olur və kökün sonunda leksik şəkilçi olmur. Məsələn:

qırmızı, yüngül, boz, qara, qəşəng, zərif və s.

Düzəltmə sifətlər

Düzəltmə sifətlər söz köklərinə leksik şəkilçilər artırmaqla düzəlir. Məsələn:

sulu, sınıq, duzsuz, söhbətcil, evdəki, gümüşü və s.

Düzəltmə sifətlər, əsasən, isim və feldən düzəlir.

İsimlərdən düzələn sifətlər.

İsimlərdən sifət düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:

  • -lı4duzlu, sulu, daşlı, üzlü, mərhəmətli və s.
  • -sız4yağsız, duzsuz, etibarsız, ütüsüz, biliksiz və s.
  • ı4armudu, qızılı, gümüşü, tarixi və s.
  • -cıl4zarafatcıl, ölümcül, qohumcul, yuxucul və s.
  • -dakı2bağdakı, evdəki, çöldəki və s.
  • -i, -vikütləvi, inqilabi, tibbi, ənənəvi və s.

-lı4-sız4 şəkilçiləri bir-biri ilə qrammatik antonimlərdir.

Sonu saitlə bitən isimlərə -ı, -i leksik şəkilçiləri qoşularkən araya y samiti əlavə edilir. Məsələn: qəhvəyi, buğdayı, sürməyi, xurmayı və s.

  • -lıq4aylıq, həftəlik, gündəlik, yaxşılıq, qurbanlıq və s.
  • -ki4dünənki, gecəki, sabahkı, həminki, hazırkı və s.

Sifət düzəldən alınma şəkilçilər aşağıdakılardır:

  • -keşcəfakeş, zəhmətkeş, əzabkeş, qayğıkeş və s.
  • -dar – əməkdar, evdar və s.
  • -kartəmizkar, riyakar, xəyanətkar, xilaskar və s.
  • -xor rüşvətxor, müftəxor, çayxor və s.
  • -pərvərxəyalpərvər, vətənpərvər və s.
  • -pərəstxəyalpərəst, xalqpərəst, millətpərəst, şöhrətpərəst və s.
  • -amizibrətamiz, hikmətamiz və s.

Sifət düzəldən alınma şəkilçilərin bir qismi isə ön şəkilçilərdir:

  • nanaxoş, namərd, nainsaf, naşükür, nanəcib və s.
  • lalaməkan, laqeyd və s.
  • bibivəfa, bikef, bixəbər və s.
  • babaməzə, basəfa və s.
  • aanormal, asinxron və s.
  • antiantimillət, antidünya, antihumanist və s.

Fellərdən düzələn sifətlər.

Feldən sifət düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:

  • -ıcı4kəsici, boğucu, qıırucu, barışdırıcı və s.
  • -ıq4 (-q, -k)sınıq, qırıq, kəsik, əzik, böyük və s.
  • -ınc2qorxunc, gülünc və s.
  • -qın, -qun, -kin, -künsatqın, tutqun, kəskin, küskün və s.
  • -ğın, -ğun, -gin, -gündalğın, dolğun, gərgin, süzgün və s.
  • -qan, -kənçalışqan, sürüşkən və s.
  • -ağan, -əyənqaçağan, küsəyən, güləyən və s.
  • -caq2utancaq, sevincək və s.
  • -aqqorxaq, ürkək və s.
  • -ma2döymə, burma və s.
  • -gəndeyingən, əringən və s.

Feldən sifət düzəldən şəkilçilər öz dilimizə məxsus şəkilçilərdir.

Mürəkkəb sifətlər

Mürəkkəb sifətlər bir neçə sözün birləşməsindon əmələ gəlir. Məsələn: qaraqaş, enlikürək, ucaboylu, yekəbaş və s.

Mürəkkəb sifətlər aşağıdakı yollarla əmələ gəlir:

  1. İki sadə sözün birləşməsindən. Məsələn: alçaqdaban, göygöz, uzunsaç, şirindil və s.
  2. Bir sadə və bir düzəltmə sözün birləşməsindən. Məsələn: qaradinməz, beşmərtəbəli, çoxhecalı və s.
  3. İki düzəltmə sifətin (birincisi feldən, ikincisi isimdən düzələn) birləşməsindən. Məsələn: soyuqqanlı, açıqqəlbli, açıqürəkli və s.
  4. Mənsubiyyət şəkilçisi olan sözün iştirakı ilə. Məsələn: alnıaçıq, qəlbiqara, stolüstü, əliəyri, gözüyaşlı və s.
  5. Sadə və ya düzəltmə sifətlərin təkrarı ilə. Məsələn: acı-acı, uzun-uzun, dadlı-dadlı, qalaq-qalaq və s.
  6. Yaxın və ya əks mənalı sözlərin birləşməsindən. Məsələn: daşlı-kəsəkli, bağlı-bağatlı, ağlı-qaralı, böyüklü- kiçikli və s.
  7. Biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin birləşməsindən. Məsələn: qara-qura, əyri-üyrü, xırda- mırda, kələ-kötür və s.
  8. Qeyri sözü ilə sifətin birləşməsi. Məsələn: qeyri- müəyyən, qeyri-adi, qeyri-aktiv, qeyri-fəal və s.

1-4-cü üsullarla yaranan mürəkkəb sifətlər bitişik, 5- 8-ci üsullarla yarananlar isə defıslə yazılır.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (219 votes)

Digər maraqlı məqalələrimiz

loading...

17 comments

    1. Hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav hav

Aise üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: