Print

Mətnaltı məna haqqında. Müəllifin dili və tipin dili.Elmi üslub. Elmi üslub nədir?

1 Bəyənmə Şərh yazmaq

Sözün, yaxud bütöv mətnin ifadə etdiyi mənanın üzdə yox, mətnin dərinliyində gizlədilməsinə mətnaltı məna deyilir.

Burada mətnin ifadə etdiyi məna dərhal anlaşılmır. Mətnaltı məna aşağıdakı məqsədlərdən yaranır:

  1. Hər hanısa bir mətni və ya sözü  daha maraqlı və təsirli etmək;
  2. Mənanın, fikrin doğuracağı təhlükədən qorunmaq. Burada birinci məqsəd lirik sənətkarların, ikinci məqsəd isə satirik sənətkarların təcrübəsində özünü göstərir.

Müəllifin dili (təhkiyə) və tipin dili

Bədii üslubda olan müəllifın dili və tipin dili bəzi xüsusiyyətlərinə görə bir- birindən fərqlənirlər. Müəllifin dili yazıçının öz üslubudur, bu yazıçının bədii təfəkkürünün  göstəricisidir. Tipin dili isə əsərdə olan surətlərin danışıq tərzidir. Tipin dili müəllifin dilindən fərqləndirilir. Hər tipin özünəməxsus fərqli cəhətləıri olur. Müəllifin dilindən, yəni təhkiyədən fərqli olaraq tipin dilində loru sözlərə, vulqarizmlərə (söyüşlərə), başqa dillərdən alınmış sözlərə, vulqarizmlərə (söyüşlərə), başqa dillərdən alınmış sözlərə və s. yer verilir.

Elmi üslub. Elmi üslub nədir?

Elmi üslub elmi təfəkkürün təzahürü kimi müxtəlif elm sahələrinin dilidir.

Elmi üslubun xüsusiyyətləri məntiqlilik, ardıcıllıq, konkretlik və s -dir.

Elmi üslub dərsliklərin, məqalələrin, monoqrafiyaların dilidir. Elmi üslubda emosionallığın, obrazlılığın olmaması onu bədii üslubdan fərqləndirir.

Elmi üslubda bu üslubda xas olan sözlər işlənir ki, bunlar da terminlərdir. Hər bir elmin özünəməxsus tərmini, yaxud da terminologiyası olur. Bu terminləri də yalnız həmin sahə ilə məşğul olan insanlar anlaya bilir.

Bu üslubda mürəkkəb cümlələr, modallıq, bildirən söz  və ifadələr çox işlənir. Elmi fikir nə qədər  mürəkkəb olursa, dil də bir o qədər mürəkkəbləşir.

Elmi üslubda olan mətnləri anlaya bilmək üçün aşağıdakıları bilmək lazımdır:

  1. Terminologiyanı başa düşmək;
  2. Sintaksisi anlamaq, yəni müxtəlif anlayışlar arasındakı əlaqələri dərk etmək.

Elmi üslubda fikri daha yığcam, konkret ifadə etmək üçün müxtəlif formullardan, düsturlardan, qrafik vasitələrindən, rəqəm. diaqram və cədvəllərdən istifadə olunur.

Elmi üslubda sözlər, ifadələr, cümlələr olur, çoxmənalılığa, mətnalı mənaya, fikrin müxtəlif cür anlaşılmasına yol verilmir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: