
Müxtəlif əşyaların eyni əlamət və keyflyyətləri birbirindən az və ya çox dərəcədə fərqlənə bilər. Bu fərqlər sifətin müqayisə dərəcələri ilə bildirilir. Bu xüsusiyyət də onu digər əsas nitq hissələrindən fərqləndirir. Sifətin müqayisə dərəcəsi üçdür: adi dərəcə, azaltma dərəcəsi, çoxaltma dərəcəsi.
Adi dərəcə
Adi dərəcə əşyanın əlamət və ya keyfiyyətinin adi halda (normal) olduğunu bildirir. Məsələn: gözəl, ağıllı, qırmızıyanaq, duzlu, çirkin və s. Dərəcə əlaməti qəbul etməyən bütün sifətlər adi dərəcədədir. Adi dərəcə digər dərəcələrin yaranması üçün rol oynayır.
Azaltma dərəcəsi
Azaltma dərəcəsi əşyanın əlamət və keyfıyyətinin adi dərəcədəkindən az olduğunu bildirir. Məsələn: sarımtıl, qırmızıtəhər, açıq-qırmızı, uzunsov və s.
Azaltma dərəcəsi iki üsulla yaranır: morfoloji üsulla, sintaktık üsulla.
Morfoloji üsulla sifətin azaltma dərəcəsini düzəltmək üçün adi dərəcədə olan bəzi sifətlərin sonuna aşağıdakı şəkilçilər artırılır:
- -ımtıl – ağımtıl, bozumtul, göyümtül və s.
- -sov, -ımsov, -ümsov — dəlisov, göyümsöv, uzunsov, ağımsov və s.
- -ımtraq, -mtraq – ağımtraq, sarımtraq və s.
- -şın4 – qaraşın, sarışın və s.
- -yanız – qarayanız, sarıyanız və s.
Sintaktik üsulla sifətin azaltma dərəcəsini düzəltmək üçün bəzən açıq, az, ala, təhər sözləri işlədilir. Bu sözlər sifətin əvvəlinə artırılır; təhər sözü isə sifətin sonuna artırılır və bitişik yazılır; az, açıq, ala sözlərindən sonra defıs qoyulur. Məsələn: açıq-sarı, açıq-yaşıl, ala-qaranlıq, ala-yarımçıq, az-maraqlı, az-acı, şirintəhər, sarıtəhər və s.
Çoxaltma dərəcəsi
Çoxaltma dərəcəsi əlamət və keyfıyyətin adi dərəcədəkindən çox olduğunu bildirir. Sifətin çoxaltma dərəcəsi də iki üsulla yaranır: morfoloji iisulla, sintaktik iisulla.
Adi dərəcədə olan sifətlərin sonuna -ca2 şəkilçisi artırmaqla və sifətin ilk hecasının son samitini m, p, r, s samitlərindən biri ilə əvəz etməklə (əgər sifətin ilk hecası saitlə bitirsə, bu hərflərdən biri əlavə edilir) morfoloji üsulla sifətin çoxaltma dərəcəsini düzəltmək olar. Məsələn: zorbaca, xırdaca, körpəcə, yaxşıca, yekəcə, sapsarı, göm- göy, tərtəmiz, şipşirin, səpsərin, dosdoğma, qosqoca və s.
Adi dərəcədə olan sifətlərin əvvəlinə ən, lap, daha, çox, olduqca ədatları, düm hissəciyi və zil, tünd sözü artırmaqla sintaktik üsulla sifətin çoxaltma dərəcəsini düzəltmək olar. Bunlardan düm bitişik, tünd defislə, qalanları isə ayrı yazılır. Məsələn: ən yaxşı, lap qəşəng, daha gözəl, çox maraqlı, oldııqca sərfəli, dümağ, tünd-göy, zil qara və s.
Mürəkkəb, düzəltmə və bir çox sadə sifətlər morfoloji üsulla dərəcə əlamətini qəbul etmir.
Azaltma və çoxaltma dərəcələrinin şəkilçiləri qrammatik şəkilçilərdir.
Əla
Çox pis həddindən artıq çox pis
Çox pis həddindən artıq çox pis
Tgvezgubddzrcyv
Çox yaxşı
Əla çox sağ olun
Bərbat
Niyə
Hshssssysb
Çox gözəl çox sağ olun
Özünə bax sonra danışarsan
hello
öz dilində daniş hello bye bye nə bilim nə
Salam mən rus sektorunda oxuyuram , Amma bizdə Azerbaycan dilide keciller , bize calisma veribler eve Amma mən basa dusmurem 😑cunki men rus dilini basa dusurem ….
TƏSƏKKÜR EDİRƏM SİZİ.
MƏN TƏHSİL NAZİRLİYİNDƏNƏM VƏ HAMININ PAYLAŞIMLARINI ŞƏRHLƏRİNİ OXUYURAM VƏ KİTABÇAMDA QEYD EDİRƏM.🧑🎓👩🏫👩⚖️👩🏫👩⚖️👩🎓
çox pis tüğh sizin üzüzee😛😜😝
Gozeldi
:/
⨌
Sifətin müqayisə dərəcələri
Əla əla 🌹🌹🌹🌹🌹 öyrəndim və beş aldım🤩🤩🥰🤩🤩🥰🤩🥰🤩🥰
Çox sağolun məlumatınıza görə
Normal
Amma yenede çox sag olun
Heçnə başa düşmıdim hadi kardeşim bi tek güzəl etseydin yaaaaaaa😂😂😂