- Language Mag - https://language.az -

Dərs 5.2 – Sifətin üstünlük dərəcəsi

LEKTİON 5.2 – Der Superlativ

Sifətin üstünlük dərəcəsindən danışarkən buna 2 tərəfdən yanaşmaq lazımdır:

1. Sifət kimi
2. Zərlik kimi

1.SİFƏT KİMİ
Sifətlərin üstünlük dərəcəsi belə düzəlir: Təkhecalılar üçün kökdə Umlaut (ä,ü,ö), sonda -ste sonluğu artırılır. Nümunə:

Adi dərəcə: jung
Üstünlük : jüngste

Adi dərəcə: alt
Üstünlük : ältste

Adi dərəcə: warm
Üstünlük : wärmste 

Adi dərəcə: kalt
Üstünlük : kältste 

Amma:
Adi dərəcə: leicht
Üstünlük : leichste 

Adi dərəcə: gelb
Üstünlük : gelbste

Adi dərəcə: eng
Üstünlük : engste

Die jüngste Student in der Gruppe ist sehr fleißig.
Grupdakı ən gənc tələbə çox çalışqandır.

Müəyyən artikl və onun əvəzləyiciləri ilə birlikdə işlənən sifətlərin üstünlük dərəcəsi təkdə və cəmdə sifətlərin zəif və qüvvətli hallanması qaydası üzrə hallanır.

2.ZƏRFLİK KİMİ
Bu zaman üstünlük dərəcəsində olan sifət fellə əlaqədar olur. Onun düzəlməsi isə am + sifət + -sten sonluğu vasitəsi ilə olur.
Bu zaman sifətin üstünlük dərəcəsində olan zərflik əsasən cümlənin sonunda gəlməklə (amma cümlənin digər yerlərində də gələ bilər) heç bir zaman dəyişilmir.

Nümunə:

Adi dərəcə: jung
Üstünlük : am jüngsten

Adi dərəcə: alt
Üstünlük : am ältsten

Adi dərəcə:
Adi dərəcə: warm
Üstünlük : am wärmsten

Adi dərəcə: kalt
Üstünlük : am kältsten 

Adi dərəcə: langsam
Üstünlük : am langsamsten

Dieser Komputer ist heute am schnellsten.
Bu kompyuter bu gün ən sürətlisidir.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.1/5 - (7 votes)