Bəzi sifətlər cümlədə isimləşə bilir – hal, mənsubiyyət, kəmiyyət şəkilçiləri qəbul edir, cümlədə mübtəda və tamamlıq vəzifəsində işlənir. Belə sifətlər substantivləşmiş (isimləşmiş) sifətlər adlanır. Məsələn:
Alıcı mağazaya daxil oldu.
Qoca əl ağacını kənara qoydu.
Gəncləri bu işə cəlb etmək lazımdır.
Morfoloji təhlil zamanı belə sifətlər isim kimi yox, isimləşmiş sifət kimi təhlil olunur.