
Dilimizdə dörd cür, iki cür və bir cür yazılan şəkilçilər vardır.
Dörd cür yazılan şəkilçilərin tərkibində qapalı saitlər -ı, i, u, ü iştirak edir. Dörd cür yazılan şəkilçilərin üzərində 4 yazılır.
Dörd cür yazılan şəkilçilər:
- -in, -ın, -un, -ün = -in4;
- -dı, -di, -du, -dü = -dı4;
- -çı, -çi, -çu, -çü = -çı4;
- -lı, -li, -lu, -lü = -lı4;
- -sız, -siz, -suz, -süz = -sız4 və s.
İki cür yazılan şəkilçilərin tərkibində a və ə açıq saitləri iştirak edir. Digər açıq şəkilçilər, yəni e, o, ö öz sözlərimizin son hecalarında işlənmədiklərindən, şəkilçilərdə də iştirak edə bilmir. İki cür yazılan şəkilçilərin üzərində isə 2 yazılır.
İki cür yazılan şəkilçilər:
- -ma, -mə = -ma2;
- -da, -də = -da2;
- -lar, -lər = -lar2;
- -ar, -ər = -ar2;
- -acaq, -əcək = -acaq2; və s.
İki cür və dörd cür yazılan şəkilçilər kökə ahəng qanununun tələbinə uyğun olaraq qoşulur. Məsələn: qapıçı, biçinçi, odıınçu, üzgüçü, qazma, çəkmə və s.
Bir cür yazılan şəkilçilər: –dar, -keş, -saz və s.
Bir cür yazılan şəkilçilər ahəng qanununa tabe olmur. Məsələn, -daş şəkilçisi qoşulduğu sözün saitindən asılı olmayaraq bir cür yazılır: əməkdaş, çağdaş, yoldaş, yurddaş və s. Bir cür yazılan şəkilçilərin çoxu dilimizdə alınma sözlərin şəkilçiyə çevrilməsi nəticəsində əmələ gəlmişdir: -kar, xana, -keş, -dar, -pərvər, -pərsst və s.
Şəkilçilər birhecalı (-ı4, -ın4, -dı4, -lı4, -ar2, -lar2 və s.) və ikihecah (-ası2, -acaq2, -dıqda4, -ımtrf4, -mcı4 vo s.) olur.
Sözə saitlə başlanan şəkilçi qoşulduqda həm sözün, həm də şəkilçinin heca quruluşunda dəyişiklik baş vermir. Məsələn: ki-tab – ki-ta-bın, ağ – a-ğım-tıl, a-dam – a-da- ma, gəl – gə-lə-cək və s.
Saitlə qurtaran sözə saitlə başlayan şəkilçi qoşulanda sözlə şəkilçi arasında y, n, s bitişdirici samitləri əlavə olunur: oxuyacaq, işləyəcək, dalğanın, körpünün, bacısı və s.
Bunlardan hansi leksik, hansi qrammatik sekilcilerdi?
Slm mn blm
Sozun sonundaki sait incedirse sekilcideci sait ince olur qalindirsa sekilcideki sait de qalin olur
Tek ve cem sekilcilerin ferqi nedir
Tək şəkilçi təkdə işlədilir çəm şəkilçi isə cəmdə.
Təksən şəkilçi işlənmir:kitab~lar~
Cəmə isə şəkilçi artırılır:kitablar
Hansi sekilcilerin terkibinde a,ə saiti olur?
Sız,siz,siz,düz
Dan iki variantli sekilcidir?
Bəli -dan²
Ön şəkilçilərə niyə yer verməmisiniz
Yaxsidi amma birvariantli sekilcileri az yazib.
Çox sağol
Salam. Normaldi
1 variantlı şəkilçilər elə onlardır @Mmm
Bəli -dan²
Azərbaycan dilinin özünə məxsus şəkilçiləri vardır ki bir cür yazılır onlar niyə 1-cur yazılır ?
müəllimən öyrətmiyib təəssüflər olsun
müəllimən öyrətmiyib təəssüflər olsun