Print

Elmi üslubun müxtəlif elm sahələri üzrə təzahürləri.Publisistik üslub. Nədir?

45 Bəyənmə Şərh yazmaq

Elmi üslub müxtəlif elm sahələrində təzahür edir. Hər  bir sahənin özünəməxsus terminologiyası var.

Elm sahələri aşağıdakə kimi  qruplaşdırılır:

  1. Humanitar: fəlsəfə, tarix, filologiya, psixologiya, sosiologiya və s.
  2. Təbiət:  biologiya, coğrafiya, tibb və s.
  3. Teniki elmlər: riyaziyyat, fizika, kimya və s.

Elm sahələrinin müxtəlif olmasına baxmayaraq, bütün elm sahələrinin dili eyni üslubu – elmi üslubu təşkli edir.

Piblisistik üslub milli ictimai təfəkkürü ifadə edən nitq forması olub, mətbuatda funksionallaşır və olduqca müxtəlif mövqeləri, maraqları əks etdirir.

Publisistik üslub qəzetlərin, kütləvi jurnalların, radionun, telkeviziyanın,elmi-kütləvi kitabların və s. diliudir.

«Publisistik üslub» ifadəsi ilə yanaşı, bəzən «mətbuat dili», «qəzet dili» və s. ifadələr işlədilir. Bu ifadələr puçlisistik üslubun müxtəlif formalarının olduğunu göstərir, təbii ki, bunlar publisistik üslub anlayışını  tam əhatə edə bilmir.

Publisistik üslub şifahi və yazılı olur.

Publisistik üslubun şifahi forması radio dili, televiziya dili, eləcə də kütləvi yığıncaqlarda, mitinqlərdə səslənən dildir.

Yazılı forması isə qəzetlərin, kütləvi jurnalların, elmikütləyi kitabların və s. dilidir.

Publisistik üslubun şifahi forması ilə yazılı forması bir-birindən o qədər də fərqlənmir.

Publisistik üslubun əsas əlaməti kütləvi aydınlıq, anlaşıqlılıq, təsirlilikdir.

Publisistik üslubun lüğət tərkibi əksəriyyət tərəfindən  anlaşılandır. Burada bədii üslub üçün xarakterik olan mücərrəd obrazlılıqdan, və yaxud da elmi üslub üçün xarakterik sayılan ağır terminologiyadan istifadə olunmur. Publisistik üslubun sintaksisi də danışıq dilinə yaxındır.

Publisistik üslub müxtəlif emosiyaları ifadə edir – qəzəb, təmkin, sevinc, nifrət və s. Bu üslubda həm təsviri, həm də analitik (təhlili) şərhlərə təsadüf olunur.

Publisistik üslub kütləvi nitq forması olduğu üçün xalq dilinə çox yaxındır, buna görə də həm ümumxalq dilində gedən proseslər – yeniləşmələr publisistik üsluba, həm də publisistik üslubda – mətbuatda gedən proseslər  ümumxalq dilinə təsir edir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

3.8/5 - (15 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: