
Say nitq hissəsi
Əşyanın miqdarını və ya sırasını bildirən nitq hissəsi say adlanır. Say neçə? nə qədər? neçənci? suallarından birinə cavab olur. Məsələn:
beş, yüz, otuz iki, üçüncü, xeyli, bir qədər və s.
Saylar cümlədə ən çox isimlə bağlı olur və təyin vəzifəsində işlənir. Saylar isimlə işlənərkən hal və mənsubiyyət şəkilçiləri qəbul etmir. Saylar, əsasən, öz dilimizə məxsus sözlərdir.
Sayların quruluşca növləri
Saylar quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə saylar birkökdən ibarət olur və sözün tərkibində leksik şəkilçi olmur. Məsələn:
iki, dörd, beş, yüz, min və s.
Düzəltmə saylar leksik şəkilçilərin köməyi ilə düzəldilir. Düzəltmə saylar sadə saylara -ıncı4 şəkilçisini artırmaqla düzəlir. Bu şəkilçi yalnız saya məxsus şəkilçidir. Məsələn:
səkkizinci, minlərcə, onlarla və s.
-la2 və -ca2 şəkilçiləri vasitəsilə yaranan onlarla, yüzlərlə, onlarca, minlərcə kimi saylar da quruluşca düzəltmədir.
Çoxlu sayı da quruluşca düzəltmə saydır.
Saydan başqa nitq hissəsi düzəltmək mümkün olduğu halda (beşlik, onluq, ikiüzlü, birlik, biri, birisi və s.), başqa nitq hissələrindən say yaratmaq olmur.
Mürəkkəb savlar bir neçə sözün birləşməsindən əmələ gəlir. Mürəkkəb saylar da, əsasən, saylardan əmələ gəlir. Məsələn:
üç-dörd, beş-on, az-çox, otuz-qırx və s.
Defislə yazılan mürəkkəb saylar əsl mürəkkəb saylar hesab olunur. Bəzi saylar da var ki, onlar bir neçə sözlə ifadə olunur və ayrı yazılır. Belə saylar tərkibi saylar adlanır. Məsələn:
on altı, yüz otuz iki, iyirmi iki, iyirmi dörd, bir çox, ikidə bir və s.
Çox sağ olun