
LEKTİON 5.5 – Die starke Deklination der Adjektive
Sifətlər izləyici sözlər, yəni müəyyən artikl və onun əvəzediciləri işlənilmədən, sadəcə sifət + isim variantında hallanır.
Sifətlər qüvvətli hallanarkən təxminən müəyyən artikllərin sonluqlarını alır.
Yalnız kişi və orta cinslər üçün GENİTİV halda -es sonluğu əvəzinə -en sonluğu alır.
İndi isə sifətlərin qüvvətli hallanmasına aid nümunələrə baxaq:
KIŞI CINS
Kişi cinsli isimlərin önündə sifətlərin qüvvətli hallanmasında Genitivvdən başqa qalan bütün 3 hal üçün sifət 75% müəyyən artiklin sonluğunu alır. Nümunəyə baxaq:
Nominativ: fleißiger Schüler
Genitiv: fleißigen Schülers
Dativ: fleißigem Schüler
Akkusativ: fleißigen Schüler
ORTA CINS
Orta cinsli isimlərin önündə sifətlərin qüvvətli hallanmasında Genitivvdən başqa qalan bütün 3 hal üçün sifət 75% müəyyən artiklin sonluğunu alır. Nümunəyə baxaq:
Nominativ: schönes Bild
Genitiv: schönen Bildes
Dativ: schönem Bild
Akkusativ: schönes Bild
QADIN CINS
Qadın cinsli isimlərin önündə sifətlərin qüvvətli hallanmasında bütün hallar üzrə sifət 100% müəyyən artiklin sonluğunu alır. Nümunəyə baxaq:
Nominativ: gelbe Blume
Genitiv: gelber Blume
Dativ: gelber Blume
Akkusativ: gelbe Blume
İndi isə sifətlərin cəmdə qüvvətli hallanmasına diqqət yetirək.
CƏMDƏ
Cəmdə isimlərin önündə sifətlərin qüvvətli hallanmasında bütün hallar üzrə sifət 100% müəyyən artiklin sonluğunu alır. Nümunəyə baxaq:
Nominativ: fleißige Schüler
Genitiv: fleißiger Schüler
Dativ: fleißigen Schülern
Akkusativ: fleißige Schüler
MƏNBƏ: www.deutsch.az