
Dövlət, hökumət təşkilatlarının tərib etdiyi və xüsusi qaydada təsdiq olunan sənədlər rəsmi sənədlər adlanır.
Rəsmi sənədlərə konstitusiya, qanun, qərar, kodeks, sərəncam, fərman, əmr və s daxildir.
Bu sənədləri mütəxəssislər hazırlayır və həmin sənədlər müxtəlif səviyyələrdə müzakirə olunun qəbul edilir. Rəsmi sənədlər məzmuna malikdir və tarixi əhəmiyyət daşıyır.
Dövlətlərarası və dövlətdaxili münasibətlər rəsmi sənədlərdə tənzimlənir. Rəsmi sənədlərdə dilin mükəmməlliyinə, fikrin aydınlığına, birmənalılığına, hüquqi əsaslılığına xüsusi diqqət yetirilir. Sənədlərdə müxtəlif cür anlaşılan sözlər, cümlələr varsa, o sənəd nöqsanlı hesab olunur.
Rəsmi sənədlər həcminə görə müxtəlif cür olur. Bir neşə sətirdən yaxud onlarla səhifədən ibarət sənədlər vardır. Rəsmi sənədlər rəsmi informasiyanın düzgün çatdırılması üçün müəyyən bölmələrə, maddələrə, bəndlərə ayrılır. Həcmcə kiçik, yaxud böyük olmasına baxmayaraq rəsmi sənədlərdə dil yığcamlığı əsas şərtdir.
Rəsmi sənədlər millətin rəsmi təfəkkürünü, dövlətçilik mədəniyyətini əks etdirir, bunun üçün də həmin sənədlərin mükəmməl təribinə xüsusi diqqət yetirilir.