
LEKTİON 5.6 – Die gemischte Deklination der Adjektive
Sifətlər aşağıdakı hallarda qarışıq hallanma üzrə hallanır:
1. Qeyri müəyyən artikllərlə – ein, eine
2. Yiyəlik əvəzlikləri ilə – mein\meine, dein\deine, sein\seine, ihr\ihre, unser\unsere, euer\eure
3. Inkar əvəzliyi – kein\keine
Sifətlərin bu cür hallanmasına ona görə qarışıq hallanma deyirlər ki, bu zaman sifətlər həm zəif, həm də qüvvətli hallanmaya məxsus olan sonluqlra alır.
İndi isə nümunələrə fikir verək:
KIŞI CINS
Nominativ: ein (mein, kein) fleißiger Schüler
Genitiv: eines (keines, meines) fleißigen Schülers
Dativ: einem (keinem, meinem) fleißigen Schüler
Akkusativ: einen (keinen, meinen) fleißigen Schüler
ORTA CINS
Nominativ: ein (kein, mein) schönes Bild
Genitiv: eines (keines, meines) schönen Bildes
Dativ: einem (keinem, meinem) schönem Bild
Akkusativ: ein (kein, mein) schönes Bild
QADIN CINS
Nominativ: eine (keine, meine) gelbe Blume
Genitiv: einr (keiner, meiner) gelben Blume
Dativ: einer (keiner, meiner) gelben Blume
Akkusativ: eine (keine, meine) gelbe Blume
İndi isə sifətlərin cəmdə qarışıq hallanmasına baxaq. Təbii ki, cəmdə qeyri müəyyən artikl olmur. Ona görə də bu hallanma növündə yalnız inkar əvəzliyi və yiyəlik əvəzliklərindən danışmaq olar.
Bu hallanma növü tamamilə sifətlərin cəmdə zəif hallanması qaydasına uyğun gəlir, sifətlər eyni ilə zəif hallanmanın cəmdə olan sonluqlarını, yəni -en sonluğu nalır.
CƏMDƏ
Nominativ: keine (meine) fleißigen Schüler
Genitiv: keiner (meiner) fleißigen Schüler
Dativ: keinen (meinen) fleißigen Schülern
Akkusativ: keine (meine) fleißige Schüler
MƏNBƏ: www.deutsch.az