
İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır, ayrı-ayrı vətəndaşlar aid olur.
İşgüzar sənədlərə ərizə, tərcümeyi – hal,bildiriş, elan, arayış, protokol, izahat, reklam, etiket, akt, vəkalətnamə və s. aiddir. İşgüzar sənədlər hamı üçün standart formada hazırlanır.
İşgüzar sənədlər həcmcə kiçik olur.
İşgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalı, bununla bağlı müəyyən formaları, standartları mənimsəməlidir. Bəzən işgüzar sənədlərin hazır formaları olur ki, hər hansısa bir məsələ ilə bağlı göstəricilər həmin hazır formalara yazılır. Bunun üçün də sənədin dili konkret, ifadəli, aydın olmalı, sənəddə imla xətaları, qüsurlu cümlələr olmamalıdır.
Rəsmi və işgüzar sənədlərin dilində şablonlar əsas yer tutur. Bəzən rəsmi sənədlərdə -bəyan onların atlarda, manifestlərdə obrazlılıq da olur. Cülələri ciddi sintaktik ölçülərlə müəyyənləşən bu üslubda söz sırasının pozulması halları da baş verir. Bu üsluba bəzən nida və sual cümlələrində də geniş yer verilir. Belə cümlələr diqqətin daha da cəmlənməsinə xidmət edir.
Məktublar da rəsmi yazışma dilində yaranır. Bunun üçün məktub da sənəd dili nümunəsi hesab olunur. Məktublar məzmunca fərqlənir:
- Siyası xadimlərin, dövlət başçılarının bir-birinə məktublarında sənəd dili ölçüsü tam gözlənilir, burada onların maraqları ümumi şəkildə öz əksini tapır;
- Qery -rəsmi şəxslərin, qohumların, ailə üzvlərinin məktublarında başlanğıc və sonluqda rəsmi üsluba məxsu söz və ifadələr özünü göstərir.
Bütün məktublar salamlaşma ilə başlayır, sağollaşma ilə qurtarır və bu da şablon deməkdir. Məktub rəsmi üslubun ən sərbəst formasıdır.
Hər hansı bir fərdin şifahi, yaxud yazılı nitqində özünəməxsus xüsusiyyətləri olur. Həmin xüsusiyyətlər bütövlükdə fərdi üslubu təşkil edir.
Fərdi üslub hər hansı bir fərdin özünəməxsus, xarakterik üsuludur.
Fərdi üslub bədii üslubda daha qabarıq təzahür edir. Çünki bədii üslub fərdin keçirdiyi ovqatın emosiyaların təzahürüdür və burada fərdilik daha güclü şəkildə meydana çıxir. Fərdilik elmi, publisistik üslublarda və məişət üslubunda da öz əksini tapır, lakin bu təzahür bədii üslubdakı qədər güclü deyil. Rəsmi-işgüzar üslubda isə fərdilik, dəmək olar ki, yoxdur. Fərdi üslub dünyagörüş, təfəkkür ilə yanaşı, eyni zamanda dövrlə də bağlıdır. Məsələn, həm 30-cu, həm də 50-ci illərdə yazılmış elə şərlər var ki, ifadə tərzinə, intinasiysasına görə bir birindən fərqlənir.
Fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir.
ın in un ün şəkilçilərinə aid cümlələr
pis
cooooooooook iyi