
Əvəzlik nitq hissəsi
İsim, sifət, say və zərflik yerində işlənə bilən sözlər əvəzlik adlanır. Əvəzliyin özünəməxsus sualı yoxdur, hansı nitq hissəsini əvəz edirsə, onun sualına da cavab olur.
Əvəzliklər cümlədə mübtəda, xəbər, təyin, tamamlıq və zərflik vəzifələrində işlənə bilir. Əvəzliyin mənaca aşağıdakı növləri vardır:
- Şəxs əvəzlikləri
- Qeyri-müəyyən əvəzliklər
- İşarə əvəzlikləri
- Sual əvəzlikləri
- Təyini əvəzliklər
- Şəxs əvəzlikləri
Şəxs əvəzlikləri
Şəxs əvəzlikləri ismin yerində işlənir, kim? nə? suallarından birinə cavab olur. Cümlədə mübtəda, tamamlıq, xəbər ola bilir.
Şəxs əvəzlikləri bunlardır:
Şəxslər | Tək | Cəm | Sualı |
I şəxs (danışan) | mən | biz | kim? |
II şəxs (dinləyən) | sən | siz | kim? |
III şəxs (haqqında danışılan) | o | onlar | kim? nə? |
1-ci və 2-ci şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. 3-cü şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvanlara və cansızlara aid olur, uyğun olaraq kim? və nə? suallarına cavab verir. Şəxs əvəzliklərinin I və II şəxsinin cəmini bildirən sözlər leksik yolla, III şəxsin cəmi isə -lar2 şəkilçisinin vasitəsilə yaranır.
Şəxs əvəzlikləri isim kimi hallanır. Məsələn:
Adlıq | mən | o | onlar |
Yiyəlik | mənim | onun | onların |
Yönlük | mənə | ona | onlara |
Təsirlik | mərıi | onu | onları |
Yerlik | məndə | onda | onlarda |
Çıxışlıq | məndən | ondan | onlardan |
Mən, biz əvəzlikləri hallanarkən yiyəlik halda -in yox, -im şəkilçisini qəbul edir.
O şəxs əvəzliyi (bu işarə əvəzliyi də) hal şəkilçisindən əvvəl (cəm şəkilçisindən əvvəl də) n bitişdiricisini qəbul edir.
Mən, sən, o şəxs əvəzliklərinə artırılan çıxışlıq hal şəkilçisi [-nan, -nən] şəklində tələffuz olunur: məndən [mənən], səndən [sənnən], ondan [onnan].
Biz, siz əvəzlikləri bəzi hallarda -lər şəkilçisi ilə işlənə bilir. Məsələn: Bizlərə ayrılan vaxt üçün təşəkkür edirik. Adil bıınu sizlərə deməməli idi.
Yiyəlik halda olan şəxs əvəzliyinə -kı, -ki, -ku şəkilçiləri artırıla bilir:
- mənimki bizimki
- səniııki sizinki
- onunku onlannkı
Belə vəziyyətə düşmüş şəxs əvəzliyi cəm şəkilçisi qəbul edə və hallana bilir. Məsələn,
Adlıq | mənimki | bizimki |
Yiyəlik | məninıkinin | bizimkinin |
Yönlük | mənimkinə | bizimkinə |
Təsirlik | mənimkini | bizimkini |
Yerlik | məndəkində | bizimkində |
Çıxışlıq | mənimkindən | bizimkindən |
Aydın
👌👌👌👍👍👍👍👍🤘
Bakı
Bakı
Bakı
SALAM KARABAKH İS AZERBAİJAN
Salam burda niyə işarə əvəzliyi yoxdu?
Спасиба 🤗
Chcfxhcfzgcfhcgzhcgzhvg
Bjvhghvhvhvh
Çok iyi
Hamı sözü hansı əvəzliyə aid olur?
Onu bilmək istəyirəm ismə aiddi yoxsa əvəzliyə?
Cox qəşəy