
Qeyri-müəyyən əvəzliklər isimlərin yerində işlənir və qeyri-müəyyən şəxsi (və ya əşyanı) bildirir.
Qeyri-müəyyən əvəzliklər bunlardır:
biri (birisi), kimi (kimisi), kimsə (kim isə), nəsə, nə isə, hərə, hamı, hər kəs, hər şey, fılankəs, heçkim, heçnə, heçkəs, heç hiri, hərkim, hər nə və s.
Bu əvəzliklərdən hamı, bəzi quruluşca sadə; biri, birisi – düzəltmə; qalanları isə tərkibi əvəzliklərdir.
Kim isə, nə isə əvəzliklərindən başqa bütün qeyri- müəyyən əvəzliklər hallanır.
Biri, hərə, hamı bəzi mənsubiyyət şəkilçiləri qəbul edə bilir:
- birimiz hərəmiz hamımız
- biriniz hərəniz hamınız
- birisi hərəsi hamısı
Heç kim, heç nə, heç kəs, heç biri, hər kim, hər nə əvəzlikləri hallana bilir və mənsubiyyət şəkilçisi qəbul edə bilir.
Qeyri-müəyyən əvəzliklərin bir qismi (biri, hamı) cəm şəkilçisi qəbul etmir.
Bəzi əvəzliyi substantivləşdikdən sonra şəkilçi qəbul edə bilir. Məsələn: bəziləri, bəziləridir, bəzilərinin və s.
Çox gözəl yazılıb
Heç nə yazılır yoxsa heçnə ? Yuxarıda bitişik yazılıb aşağı hissədə ayrı.
Hər kəs mənsubiyyət şək qəbul edr
Düzdür
Merhaba çok iyi🇹🇷🇹🇷❤❤