- Language Mag - https://language.az -

Qeyri-müəyyən əvəzliklər

Qeyri-müəyyən əvəzliklər isimlərin yerində işlənir və qeyri-müəyyən şəxsi (və ya əşyanı) bildirir.

Qeyri-müəyyən əvəzliklər bunlardır:

biri (birisi), kimi (kimisi), kimsə (kim isə), nəsə, nə isə, hərə, hamı, hər kəs, hər şey, fılankəs, heçkim, heçnə, heçkəs, heç hiri, hərkim, hər nə və s.

Bu əvəzliklərdən hamı, bəzi quruluşca sadə; biri, birisi – düzəltmə; qalanları isə tərkibi əvəzliklərdir.

Kim isə, nə isə əvəzliklərindən başqa bütün qeyri- müəyyən əvəzliklər hallanır.

Biri, hərə, hamı bəzi mənsubiyyət şəkilçiləri qəbul edə bilir:

Heç kim, heç nə, heç kəs, heç biri, hər kim, hər nə əvəzlikləri hallana bilir və mənsubiyyət şəkilçisi qəbul edə bilir.

Qeyri-müəyyən əvəzliklərin bir qismi (biri, hamı) cəm şəkilçisi qəbul etmir.

Bəzi əvəzliyi substantivləşdikdən sonra şəkilçi qəbul edə bilir. Məsələn: bəziləri, bəziləridir, bəzilərinin və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (72 votes)