
İşarə əvəzlikləri bunlardır: o, bu, elə, belə, həmin.
O, bu əvəzlikləri bir qayda olaraq sifətin yerində işlənir. Məsələn: o adam (hansı adam?), bu bina (hansı bina?), həmin məktub (hansı məktub?) və s.
O, bu əvəzlikləri işarə bildirdiyi kimi, əşyanı göstərmək üçün də işlədilir. Bu halda onlar sifətin deyil, ismin yerində işlənir, ismin suallarına cavab verir, hallanır, cəm şəkilçisi qəbul edir, cümlənin mübtədası, tamamlığı və ya xəbəri olur. Məsələn: Mənim bundan (ondan) (nədən?) xəbərim yoxdur. Sinifdə bundan (ondan) (kimdən?) yaxşı oxuyan yoxdur. Bunu (onu) (nəyi?) sənə kim dedi? Sənə dediyim adam budur (odur) (kimdir?).
O əvəzliyi yerinə görə həm şəxs, həm də işarə əvəzliyi olmaqla omonimlik xarakteri daşıyır. Şəxs əvəzliyi kimi kim? nə?, işarə əvəzliyi kimi hansı? sualına cavab verir. O əvəzliyi əgər hallanıbsa, cəmlənibsə, cümlədə mübtəda və tamamlıq olubsa, deməli, o, şəxs əvəzliyi kimi işlənib. Məsələn: Onlar birgə getdilər. O gəldi. Mən onu yaxşı bacarıram.
O əvəzliyi cümlədə təyin kimi işləndikdə hansı? sualına cavab verir, işarə əvəzliyi olur. Məsələn: O insan çox mehribandır. O qələm yaxşı yazır.
Cəmlənmək, hallanmaq, cümlənin mübtədası, tamamlığı olmaq o əvəzliyinin xüsusiyyətidir.
Bu əvəzliyi isə işlənmə yerindən asılı olmayaraq, həmişə işarə əvəzliyidir. Məsələn: Bu qız çox gözəldir. Bu yol çox genişdir. Bu insan qayğıkeşdir.
Bu əvəzliyi substantivləşə bilir. Bu zaman o hallanır, cəmlənir, mübtəda və tamamlıq olur.
O, bu əvəzlikləri mənsubiyyət şəkilçilərini qəbul etmir.
Mübtəda vəzifəsində işlənən o, bu əvəzliklərindən sonra fel (feli sifət istisnadır) və ya köməkçi nitq hissəsi (modal sözlər istisnadır) gəlmirsə, onlardan sonra vergül qoyulur, əks halda qoyulnıur. Məsələn:
O, yaxşı oxuyan şagirddir.
Bu, bizim evimizdir.
O gəlir.
Bu da belə getdi.
O, bu mübtədalarından sonra modal sözlər də işlənə bilər və bu zaman modal söz o, bu mübtədalarından hər iki tərəfdən vergüllə ayrılmalıdır. Burada vergül əvəzliyin yox, modal sözün tələbi ilə qoyıılur. Məsələn: O, əlbəttə, oxumalıdır. Bu, şübhəsiz ki, olacaq bir şey deyil.
O, bu əvəzlikləri cümlədə təyin olduqda onlardan sonra heç vaxt vergül qoyulmur.
Elə, belə əvəzlikləri həm sifətin, həm də zərfın yerində işlənə bilir. Məsələn: Belə (sifət) adamı qorumaq lazımdır. Işini elə (zərf) tut ki, peşman olma.
Elə, belə əvəzlikləri yalnız III şəxsdə mənsubiyyətə görə dəyişməklə həm hallana, həm də cəmlənə bilir. Bu əvəzliklər xəbərlik (şəxs) şəkilçisini qəbul edə bilir. Məsələn:
eləsi, beləsi, elələri, belələri, eləsinə, eləsinin, eləsini, eləsində, eləsindən, beləsinə, beləsinin, beləsini, beləsində, beləsindən, eləyənı, beləyəm, elədir, belədir, eləyik, beləyik və s.
Həmin işarə əvəzliyi isə sifəti əvəz etdiyi üçün hallanmır, cümlədə təyin olur. Bu əvəzlik ki şəkilçisini də qəbul edə bilər. Məsələn: həminki.
salam.
o, bu işarə əvəzliyindən sonra başqa əvəzlik gəldikdə vergül qoyulmur, bu qaydanı təsdiqləyən fakt əlinizdə varmı? ötən il belə problem yox idi, vergül qoyurduq, amma indi bu mübahisə doğurub. xahiş edirəm, bir cavab yazasınız, sağ olun
dim in yeni cixardigi azerbaycan dili kitabinda bu ders var. o ve bu dan sonra basqa bir evezlik geldikde vergul qoyulmur
Salam
Eyer o,bu evezlikleri muptedanin yerinde iwlenirse onda vergul qoyulur.
O, bu evezliklerinden sonra fel, komekci nitq hisseleri (modal sozlerden bawqa) geldikde vergul qoyulmur
M: 1)
O, istedadli oglandir(muptedanin yerinde iwlenib) vergul qoyulur.
Amma
M: 2)
O da (komekci nitq hissesi)yalan daniwir. O iwleyir(feil).
2-ci numunede vergul qoyulmur.
Bəli mən elə bu gün o dərsi öyrənmişəm .O, bu əvəzliklərindən sonra feil, feili sifət , əvəzlik və .s gələrsə vergül qoyulmur
Salam hamıvız pis adamsımız amma çən yaxşı adamam.Eşşəklər.Sizə tərbiyə verən olmayın
Gicdəmə
Soxun içivizə
Söyüş söymə. İndi sənin ağzıva sıçacam.
Bu nedi
Super
Söyüş söyme e basın qaçmasın.
De sən öl
Salam
Kaş her bir evezliye uyğun cümle qursaydınız
🤝çox sağolun Ela👍
Salam pisdir o evezliyine aid cümle yoxdur xnxx
Soyus soyme
Super basa salinib😍
Soyus soymeyin😡😡😡
Elbette soyus soymek olmaz👍🏻😡
Ağıllı ol eşşək ağzıvın danışığıvı bil.cındır.kakaşka əlbəttə söyüş söymək olar
Salam hamıvız pis adamsımız amma çən yaxşı adamam.Eşşəklər.Sizə tərbiyə verən olmayın
Əladır
Məncə çox aydındır.