Print

Sual əvəzlikləri

2 Bəyənmə Şərh yazmaq

Sual əvəzlikləri isim, sifət, say və zərfi sual formasında əvəz edir və ya cavab almaq məqsədilə işlədilir.

Kim? nə? hara? necə? nə cür? hansı? nə zaman? nə vaxt? haçan? niyə? neçə? nə qədər? neçənci? sual əvəzlikləridir.

Sual əvəzlikləri digər əvəzliklərdən fərqli olaraq, əvəzliklərin özünü də əvəz edə bilir. Məsələn: Mən ora gedəcəyəm – Kim ora gedəcək?

Sual əvəzlikləri əvəz etdiyi nitq hissələrinin qrammatik əlamətlərini daşıyır. Məsələn: kim? nə? hara? isim kimi hallanır, mənsubiyyət, xəbər və cəm şəkilçisi ilə işlənə bilir.

Necə? nə cür? niyə? sual əvəzlikləri hallanmır.

Adlıq kim? nə? hara?
Yiyəlik kimin? nəyin? haranın?
Yönlük kimə? nəvə? haraya?
Təsirlik kimi? nəyi? haranı?
Yerlik kimdə? nədə? harada?
Çıxışlıq kimdən? nədən? haradan?

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Sual əvəzlikləri
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: