Sual əvəzlikləri isim, sifət, say və zərfi sual formasında əvəz edir və ya cavab almaq məqsədilə işlədilir.
Kim? nə? hara? necə? nə cür? hansı? nə zaman? nə vaxt? haçan? niyə? neçə? nə qədər? neçənci? sual əvəzlikləridir.
Sual əvəzlikləri digər əvəzliklərdən fərqli olaraq, əvəzliklərin özünü də əvəz edə bilir. Məsələn: Mən ora gedəcəyəm – Kim ora gedəcək?
Sual əvəzlikləri əvəz etdiyi nitq hissələrinin qrammatik əlamətlərini daşıyır. Məsələn: kim? nə? hara? isim kimi hallanır, mənsubiyyət, xəbər və cəm şəkilçisi ilə işlənə bilir.
Necə? nə cür? niyə? sual əvəzlikləri hallanmır.
Adlıq | kim? | nə? | hara? |
Yiyəlik | kimin? | nəyin? | haranın? |
Yönlük | kimə? | nəvə? | haraya? |
Təsirlik | kimi? | nəyi? | haranı? |
Yerlik | kimdə? | nədə? | harada? |
Çıxışlıq | kimdən? | nədən? | haradan? |