
Sual əvəzlikləri isim, sifət, say və zərfi sual formasında əvəz edir və ya cavab almaq məqsədilə işlədilir.
Kim? nə? hara? necə? nə cür? hansı? nə zaman? nə vaxt? haçan? niyə? neçə? nə qədər? neçənci? sual əvəzlikləridir.
Sual əvəzlikləri digər əvəzliklərdən fərqli olaraq, əvəzliklərin özünü də əvəz edə bilir. Məsələn: Mən ora gedəcəyəm – Kim ora gedəcək?
Sual əvəzlikləri əvəz etdiyi nitq hissələrinin qrammatik əlamətlərini daşıyır. Məsələn: kim? nə? hara? isim kimi hallanır, mənsubiyyət, xəbər və cəm şəkilçisi ilə işlənə bilir.
Necə? nə cür? niyə? sual əvəzlikləri hallanmır.
Adlıq | kim? | nə? | hara? |
Yiyəlik | kimin? | nəyin? | haranın? |
Yönlük | kimə? | nəvə? | haraya? |
Təsirlik | kimi? | nəyi? | haranı? |
Yerlik | kimdə? | nədə? | harada? |
Çıxışlıq | kimdən? | nədən? | haradan? |
Biraz daha cox aciqlama olsa yaxsi olar.Amma cox yaxsidir o birisi qaydalara baxanda👍👍
Mənim kitabumda olanlardi belede super deyil hetta hecne vermirler
çoxxx gözəldii bu uşaqlara çok gözəl başa salır həttda belə müəllimələrdəndə gözəl izah edir .Çok sağ olun əgər siz olmasaz bu saat mən heç bu dərsi başa düşməzdim
cox yaxsidir!?!.
Əlaaaaaa!! 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Sag olun amma çox olsa yaxsı olardı
çox az idi ama men bunun sayesinde başa düşdüm çoxxxxx sağolun🙂
Superdi