
Felin quruluşca üç növti vardır: sadə, düzəltmə və mürəkkəb.
Sadə fellər
Sadə fellər bir kökdən ibarət olur və onun tərkibində leksik şəkilçi olmur. Məsələn:
gəl(mək), get(mək), oxu(maq), yaz(maq), qaç(maq) və s.
Düzəltmə fellər
Düzəltmə fellər bir kökdən və leksik şəkilçi ilə yaranan fellərdir. Məsələn:
başla(maq), gözlə(mək), təmizlə(mək), maraqlan(maq), açıl(maq) və s.
Düzəltmə fellər iki yolla yaranır:
- Başqa nitq hissələrindən fel düzəldən şəkilçilər.
- Feldən fel düzəldən şəkilçilər.
Başqa nitq hissələrindən
Başqa nitq hissələrindən düzələn fellər aşağıdakı şəkilçilərin köməyi ilə yaranır:
- -la2 – duzla(maq), sula(maq), təmizlə(mək), təzələ(mək), irəlilə(mək), əzizlə(mək) və s.
- -lan2 – alovlan(maq), dillən(mək), acıqlan(maq), səslən(mək) və s.
- -laş2 – yaxınlaş(maq), uzaqlaş(maq), əlləş(mək) və s.
- -al2 – çoxal(maq), azal(maq), sağal(maq), düzəl(mək), kökəl(mək) və s.
- -ar2 – ağar(maq), bozar(maq), göyər(mək) və s.
-ılda4 şəkilçisinin köməyi ilə yamsılamaq yolu ilə fellər düzəlir. Məsələn: cingildə(mək), cükküldə(mək), dınqılda(maq), pıçılda(maq), xondda(maq), şaqqılda(maq) və s.
Fellərdən düzələn fellər
Fellərdən düzələn fellər aşağıdakı şəkilçilər vasitəsilə yaranır:
- -ıl4 – yazıl(maq), pozul(maq), vund(maq), düzül(mək) və s.
- -m4 – bilin(mək), çəkin(mək), alın(maq), görün(mək) və s.
- -dır4– əkdir(mək), yazdır(maq), küsdür(mək) və s.
- -ış4 — yazış(maq), vurıtş(maq), çəkiş(mək), büzüş(mək) və s.
Mürəkkəb fellər
Mürəkkəb fellər iki müstəqil sözün birləşməsindən əmələ gəlir. Məsələn:
atdıb-düşmək, deyib-gülmək, gəlib- getmək, oturub-durmaq, ölçüb-biçmək, çalışıb-vuruşmaq, küsüb-barışmaq və s.
Digər nitq hissələrindən fərqli olaraq mürəkkəb fellər, demək olar ki, bitişik yazılmır.
Mürəkkəb felləri əmələ gətirən sözlərin hər ikisi qrammatik cəhətdən dəyişə bilir. Məsələn, atddı-düşdü, atılır- düşür, deyir-gülür, gələr-gedər və s.
Aşağıdakı fellər mürəkkəb fellərə oxşasa da, mürəkkəb fellər hesab edilmir:
- Ol, et, elə köməkçi fellərinin isim, sifət və saya qoşulmasından yaranan tərkibi fellər. Belə fellər ayrı yazılır. Məsələn: qohum olmaq, xarab olnıaq, təkrar etnıək, müəllimlik etmək, təklif etmək, qəbul eləmək və s.
- -a2 (-ya2) şəkilçisi olan fel və bil köməkçi feli ilə yaranan tərkibi fellər. Məsələn: ala bilmək, görə bilmək, vura bilmək, saxlaya bilmək, bəsləyə bilmək və s.
- Bir çox frazeoloji birləşmələr. Məsələn: başa düşmək, qulaq asmaq, başa salmaq, baş sındırmaq, ağlını başına yığmaq, gözləri yol çəkmək və s.
Gələcək zamanda olan sadə fellər necə tapılır?
👍
dostlar pubg mobile uc hilesi var işləyir özüm yoxlamışam link budur httpstr.surveymonkey.comrHLSQJNW
olmur axi mende
4-cü mikrayon Polislə üzbəüz .
Ev 1 otaqlı .
Nömrə070 561 15 91*
Felin qurulusca novləri
Felin qurulusca novləri**********
Əla.
Oy, nə pis profilim var… 😐😑😶🙄
Əla! 💗💖💓 SUPER!
ÇOX GÖZƏLLL🌟💖💖💖
Salam.Yaxşıdı,amma bəzi şəkilçiləri yazmayıblar.
Məs:-ıt⁴.ax-ıt(maq)