- Language Mag - https://language.az -

Felin quruluşca növləri

Felin quruluşca üç növti vardır: sadə, düzəltmə və mürəkkəb.

Sadə fellər

Sadə fellər bir kökdən ibarət olur və onun tərkibində leksik şəkilçi olmur. Məsələn:

gəl(mək), get(mək), oxu(maq), yaz(maq), qaç(maq) və s.

Düzəltmə fellər

Düzəltmə fellər bir kökdən və leksik şəkilçi ilə yaranan fellərdir. Məsələn: 

başla(maq), gözlə(mək), təmizlə(mək), maraqlan(maq), açıl(maq) və s.

Düzəltmə fellər iki yolla yaranır:

  1. Başqa nitq hissələrindən fel düzəldən şəkilçilər.
  2. Feldən fel düzəldən şəkilçilər.

Başqa nitq hissələrindən

Başqa nitq hissələrindən düzələn fellər aşağıdakı şəkilçilərin köməyi ilə yaranır:

  1. -la2duzla(maq), sula(maq), təmizlə(mək), təzələ(mək), irəlilə(mək), əzizlə(mək) və s.
  2. -lan2 – alovlan(maq), dillən(mək), acıqlan(maq), səslən(mək) və s.
  3. -laş2yaxınlaş(maq), uzaqlaş(maq), əlləş(mək) və s.
  4. -al2 – çoxal(maq), azal(maq), sağal(maq), düzəl(mək), kökəl(mək) və s.
  5. -ar2 – ağar(maq), bozar(maq), göyər(mək) və s.

-ılda4 şəkilçisinin köməyi ilə yamsılamaq yolu ilə fellər düzəlir. Məsələn: cingildə(mək), cükküldə(mək), dınqılda(maq), pıçılda(maq), xondda(maq), şaqqılda(maq) və s.

Fellərdən düzələn fellər

Fellərdən düzələn fellər aşağıdakı şəkilçilər vasitəsilə yaranır:

  1. -ıl4 – yazıl(maq), pozul(maq), vund(maq), düzül(mək) və s.
  2. -m4 – bilin(mək), çəkin(mək), alın(maq), görün(mək) və s.
  3. -dır4əkdir(mək), yazdır(maq), küsdür(mək) və s.
  4. -ış4yazış(maq), vurıtş(maq), çəkiş(mək), büzüş(mək) və s.

Mürəkkəb fellər

Mürəkkəb fellər iki müstəqil sözün birləşməsindən əmələ gəlir. Məsələn:

atdıb-düşmək, deyib-gülmək, gəlib- getmək, oturub-durmaq, ölçüb-biçmək, çalışıb-vuruşmaq, küsüb-barışmaq və s.

Digər nitq hissələrindən fərqli olaraq mürəkkəb fellər, demək olar ki, bitişik yazılmır.

Mürəkkəb felləri əmələ gətirən sözlərin hər ikisi qrammatik cəhətdən dəyişə bilir. Məsələn, atddı-düşdü, atılır- düşür, deyir-gülür, gələr-gedər və s.

Aşağıdakı fellər mürəkkəb fellərə oxşasa da, mürəkkəb fellər hesab edilmir:

  1. Ol, et, elə köməkçi fellərinin isim, sifət və saya qoşulmasından yaranan tərkibi fellər. Belə fellər ayrı yazılır. Məsələn: qohum olmaq, xarab olnıaq, təkrar etnıək, müəllimlik etmək, təklif etmək, qəbul eləmək və s.
  2. -a2 (-ya2) şəkilçisi olan fel və bil köməkçi feli ilə yaranan tərkibi fellər. Məsələn: ala bilmək, görə bilmək, vura bilmək, saxlaya bilmək, bəsləyə bilmək və s.
  3. Bir çox frazeoloji birləşmələr. Məsələn: başa düşmək, qulaq asmaq, başa salmaq, baş sındırmaq, ağlını başına yığmaq, gözləri yol çəkmək və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (150 votes)