
Hərəkətin obyektə olan münasibətinə görə fellər iki qrupa bölünür: təsirli fellər, təsirsiz fellər.
Təsirli fellər özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb edir. Məsələn:
- oxumaq – nəyi? nə?
- görmək— kimi? nəyi? haranı?
- sevmək – kimi? nəyi?
- axtarmaq – kimi? nəyi? haranı?
- yemək- nəyi? nə?
Təsirsiz fellər özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb etmir. Məsələn:
- baxmaq – nəyə? kimə? haraya?
- gəlmək — haraya? haradan?
- getmək – haraya?
- oturmaq – harada?
- durmaq – harada?
Çoxmənalı və omonim fellər bir mənada təsirli, digər mənada isə təsirsiz ola bilir. Məsələn:
- oxumaq – «təhsil almaq» mənasında təsirsiz (Bakıda oxumaq), «mütaliə etmək» və «ifa etmək» mənalarında təsirlidir (kitab oxumaq, muğamat oxumaq).
Təsirli və təsirsiz fellər şəkilçilər qəbul etməklə bir- birinə çevrilə bilir.
-ıt4, -ır4, -dır4, -ar, -t şəkilçilərinin köməyi ilə təsirsiz fellərdən təsirli fellər düzəltmək olur. Məsələn:
Təsirsiz | Təsirli |
qorxmaq | qorxutmaq |
hürkmək | hürkütmək |
köçmək | köçürmək |
qaçmaq | qaçırmaq |
bişmək | bişirmək |
barışmaq | barışdırmaq |
solmaq | soldurmaq |
gülmək | güldürmək |
qopmaq | qoparmaq |
çıxmaq | çıxarmaq |
qurumaq | qurutmaq |
ağarmaq | ağartmaq |
-ıl4, -ın4, -n şəkilçilərinin köməyi ilə bəzi təsirli fellər təsirsiz fellərə çevrilə bilir. Məsələn:
Təsirli | Təsirsiz |
yazmaq | yazılmaq |
açmaq | açılmaq |
pozmaq | pozulmaq |
kəsmək | kəsilmək |
düzmək | düzülmək |
oxutnaq | oxunmaq |
dernək | deyiımıək |
bürümək | bürünmək |
soymaq | soyulmaq |
bəzəmək | bəzənmək |
səpələmək | səpələnmək |
Bu şəkilçilər feldən fel düzəldən leksik şəkilçilər hesab olunur.
Gözel
cox guzel
heç bir köməyi olmadı
He vallah
çox yaxşı