Print

Felin mənaca növləri

594 Bəyənmə 28 Şərh

Hərəkəti icra edənlə üzərində hərəkət icra olunan əşya (obyekt) arasında qarşılıqlı münasibət baxımından felin aşağıdakı qrammatik məna növləri ayırd edilir:

  1. məlum növ,
  2. məchul növ,
  3. qayıdış növ,
  4. şəxssiz növ,
  5. icbar növ,
  6. qarşılıqlı- birgəlik (müştərək) növ.

Felin növ şəkilçiləri leksik şəkilçilərdir.

Məlum növ

Felin məlum növündə hərəkəti icra edən məlumdur. Bu növü düzəltmək üçüıı xüsusi şəkilçidən istifadə olunmur. Məsələn: oxıı, yaz(ır), gəl(əcək), get(mişdi), sev(irik) və s.

Məlum növdə olan fellər təsirli və ya təsirsiz olur. Felin başqa növləri məlum növ əsasında yaranır.

Məchul növ

Felin məchul növündə hərəkəti icra edən qrammatik cəhətdən məlum deyildir.

Felin məchul növü təsirli fellərə -ıl, -ın4, -n şəkilçilərindən birini artırmaqla düzəlir. Bu zaman təsirli fel təsirsiz felə çevrilir. Deməli, məchul növ fellər təsirsiz olur. Məsələn:

Məlum növ (təsirli) Məchul növ (təsirsiz)
yazmaq yazılmaq
dövmək döyülmək
oxıımaq oxunnıaq
çalmaq çalınmaq
qərara almaq qərara alınmaq
süzmək süzülmək

Şəxssiz növ

Felin şəxssiz növündə də hərəkəti icra edən məlum olmur. Lakin şəxssiz növ fellər məchul növ fellərdən fərqlənir. Məchul növ fellər təsirli fellərdən, şəxssiz fellər isə təsirsiz fellərdən düzəlir. Məsələn: məktub yazıldı (məchul); ərizəyə baxıldı (şəxssiz).

Məchul növ fellər təsirli fellərə -ıl4, -ın4 şəkilçilərini artırmaqla düzəlir, şəxssiz fellər isə təsirsiz fellərə -ıl4 (bəzən də -ın4) şəkilçisi artırmaqla düzəlir. Məsələn: diqqət yetirildi, yanaşıldı, baxüdı, gedildi və s.

Məchul felli cümlələrin mübtədası olduğu halda, şəxssiz felli cümlələrdə mübtəda olmur. Məsələn: Məktub oxundu (məchul). Ərizəyə baxıldı (şəxssiz).

Əsasən, III şəxsdə işlənən məchul növ fellər bəzən I və II şəxslərdə də işlənir. Şəxssiz növ fellər isə yalnız III şəxsin təkində işlənir.

Dilimizdə şəxssiz növ fellər azdır. Ən çox işlənən şəxssiz növ fellər bunlardır:

xəbərdarlıq edilmək, təsadüf olunmaq, əməl olunmaq, əməl edilmək, baxılmaq, diqqət yetirilmək, diqqət edilmək, istifadə edilmək, istifadə olunmaq, imza atılmaq, yol verilmək, yürüş edilmək, tədbir tökülmək, imkan verilmək, hörmət qoyulmaq, razılıq verilmək, rast gəlinmək, imkan verilmək, əhəmiyyət verilmək, söz verilmək və s.

Şəxssiz fellər daha çox rəsmi-işgüzar üslub üçün səciyyəvidir.

Qayıdış növ

Qayıdış növdə hərəkəti icra edən onu öz üzərində həyata keçirir. Felin qayıdış növü bəzi təsirli fellərə -ıl, -m4, -n şəkilçisi artırmaqla düzəlir. Bu zaman lellər təsirsiz fellərə çevrilir. Məsələn: yumaq —yuyunmaq, görmək – görünmək, demək- deyinmək, daramaq – daran- maq və s.

İki fel – geyinməksoyunmaq istisnalıq təşkil edir. Bu qayıdış növ fellər təsirli fellərdən əmələ gəlir və təsirli olaraq qalır.

Qayıdış növ fellər də məchul növ fellər kimi -ıl4, -ın4 şəkilçiləri ilə düzəldiyi üçün ona oxşayır. Lakin qayıdış ııövdə iş görən məlum olur, məchul növdə isə iş görən məlum olmur. Məsələn: Qız bəzəndi (qayıdış növ). Otaq bəzəndi (məchul növ).

Qrammatik formasına görə məchul növ, şəxssiz növ və qayıdış növ bir-birinə oxşayır. Buna görə onları fərqləndirmək üçün qrammatik mənalarına diqqət yetirmək lazımdır.

Qarşılıq-birgəlik növ

Felin bu növü hərəkətin ən azı iki subyekt tərəfindən qarşı-qarşıya və ya birgə (müştərək, şərikli) icra edildiyini bildirir. Məsələn,

Qarşılıq bildirənlər Birgəlik bildirənlər
yazmaq – yazışmaq giilmək – gülüşmək
vıırmaq – vuruşmaq ağlamaq – ağlaşmaq
görmək – göriişmək mələmək — mələşmək
demək — deyişmək hiirmək – hüriişmək
qucaqlamaq – qucaqlaşmaq dolmaq – doluşmaq

Qarşılıq bildirən fellər, əsasən, təsirli, birgəlik bildirən fellər isə təsirsiz fellərdən -ış4, -aş2, -ş şəkilçilərinin köməyi ilə düzəlir. Qarşılıq-birgəlik növdə olan fellər təsirsiz olur.

İcbar növ

İcbar növ fellər hərəkətin bir şəxsin təkidi, əmri və ya xahişi ilə başqa şəxsin həyata keçirdiyini bildirir.

Felin icbar növü təsirli fellərin sonuna -dır4, -t şəkilçiləri artırmaqla düzəlir. Yaranan fellər də təsirli olur. Məsələn:

Məlum növ Icbar növ
yazmaq yazdırmaq
pozmaq pozdurmaq
çağırmaq çağırtdırmaq
oxumaq oxutdurmaq

İcbar növün şəkilçisi olan -dır4, -t omonim şəkilçidir. Bunun üçün də onu digərlərindən fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, bu şəkilçilər, eyni zamanda təsirsiz fellərdən təsirli fel də düzəldir. Məsələn: O, uşağı inandırdı. Mən işığı yandırdım. Uşağı oturt. Bu zaman həmin şəkilçilər icbar növün şəkilçiləri olmadığı üçün həmin sözlər məlum növdədir. Onları icbar növə çevirmək üçün yenidən icbar növün şəkilçisini artırmaq lazımdır. Məsələn: Uşaqları oturt+dur. Lövhəni sildir+t.

Bəzi hallarda ikiqat, hətta üçqat icbarlıq yaratmaq mümkündür. Məsələn, sil – sildir – sildirt, döşə – döşət – döşətdir. Üçqat icbar: yaz – yazdır—yazdırt -yazdırtdır.

İcbar növ yeganə növdür ki, təsirli fellərdən düzəlir və təsirli olaraq da qalır.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (151 votes)

Digər maraqlı məqalələrimiz

loading...

28 comments

    1. Salam! -ıl şəkilçisinin qısaltması,yəni -l forması yoxdur. O, -al,-əl şəkilçisinin qısaltmasıdır.

    1. L deyəndə feil əgər saitlə bitirsə ıl şəkilçisində ı düşür yəni o halı nəzərə almaq lazımdır

  1. “Su duruldu” cümləsində duruldu feili hansı növdədir?

    A)məlum B)məchul C)şəxssiz D)icbar

    Zəhmət olmasa kömək edərdiniz.

  2. Çox gözəl beləcə davam edin yaxşi maarifləndirici dərslər keçirilir bu saytda əsasəndə Azərbaycan dilindən köməkçi dərslər qaydalar tappşırıqlar və sual cavablar verilir təşəkürlər bu əziyyətinizə görə minnətdaram belə davam edin xaiş 🤳♀️

  3. Çox gözəl beləcə davam edin yaxşi maarifləndirici dərslər keçirilir bu saytda əsasəndə Azərbaycan dilindən köməkçi dərslər qaydalar tappşırıqlar və sual cavablar verilir təşəkürlər bu əziyyətinizə görə minnətdaram belə davam edin xaiş 🤳♀️

Sofiyada üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: