- Language Mag - https://language.az -

Felin zamanları. Keçmiş zaman

Fellər zamana görə də dəyişir. Bu kateqoriya felin özünəməxsus xüsusiyyətlərindən biri sayılır. Hərəkət icra olunub qurtara, davam edə və yaxud da davam oluna bilər. Buna görə də felin üç zamanı vaıdır:

  1. Keçmiş zaman
  2. İndiki zaman
  3. Gələcək zaman

Keçmiş zaman

Keçmiş zaman iki cür olur:

  1. Şühudi keçmiş zaman
  2. Nəqli keçmiş zaman

Şühudi keçmiş zaman

Şühudi keçmiş zaman hərəkətin keçmişdə icra olunub- olunmadığını bildirir. -dı4 şəkilçisi vasitəsilə yaranır. Məsələn: bax+dı, gör+ dü, al+dı və s.

İşin neçənci şəxs tərəfindən görüldüyünü göstərmək üçün şühudi keçmiş zamanda fellərə müvafıq şəxs şəkilçiləri artırılır:

Mən qaçdım                    Biz qaçdıq
Sən qaçdın                      Siz qaçdınız
О qaçdı(-)                      Onlar qaçdılar

Nəqli keçmiş zaman

Nəqli keçmiş zaman keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət haqqında nəql yolu ilə məlumat verildiyini bildirir. -mış4 və ya -ıb4 şəkilçisi vasitəsilə yaranır. Məsəbn: bax+mışıq, gör+müşük, sat+mışsınız, al+mışlar, yaz+ıbsınız, al+ıbsınız və s.

Nəqli keçmiş zamanda olan fellər aşağıdakı kimi şəxsə və kəmiyyətə görə dəyişir:

Mən oturmuşam               Biz oturmuşuq
Sən oturmuşsan                Siz oturmuşsunuz
O oturmuşdur                   Onlar oturmuşlar

II şəxsin təkində və cəmində -mış4 şəkilçisinin son samiti həm tələffüzdə, həm də yazılışda buraxıla bilər. Məsələn:

baxmışsınız – baxmısınız, görmüşsünüz – görmüsünüz, gəlmişsiniz – gəlmisiniz və s.

I şəxsin təki və cəmi -ıb4 şəkilçisi ilə işlənə bilmir:

Mən —                             Biz —
Sən gəlibsən                   Siz gəlibsirıiz
О gəlib(dir)                    Onlar gəliblər

III şəxsin təkində -ıb4 şəkilçisindən sonra şəxs sonluğu əlavə etməmək də olar. Məsələn: О baxıbdır – О baxıb.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (437 votes)