İndiki zaman
İndiki zaman hərəkətin söhbət gedən vaxt icra olunduğunu bildirir. -ır4 şəkilçisi vasitəsilə yaranır. Məsələn: gəl+ir, ged+ir, bax+ır və s.
İndiki zamanda olan fellərin şəxsə və kəmiyyətə görə dəyişməsi aşağıdakı kimidir:
Mən yazıram Biz yazırıq
Sən yazırsan Siz yazırsınız
O yazır Onlar yazırlar
Gələcək zaman
Gələcək zaman iki cür olur:
- Qəti gələcək zaman
- Qeyri-qəti gəbcək zaman
Qəti gələcək zaman.
Qəti gələcək zaman felə -acaq2 şəkilçisini artırmaqla düzəlir. Məsəbn: bax+acaq, otur+acaq, yaz+acaq, göstəir+əcək.
Qəti gələcək zamanda olan fellər aşağıdakı kimi şəxsə və kəmiyyətə görə dəyişir:
Mən alacağam Biz alacağıq
Sən alacaqsan Siz alacaqsınız
О alacaqdır Onlar alacaqlar
Qeyri-qəti gələcək zaman.
Bu zaman forması isə felə -ar2 (-yar2) şəkilçisini artırmaqla düzəlir. Məsələn, oxu+yar, gör+ər, yat+ar və s.
Qeyri-qəti gələcək zamanda olan fellər aşağıdakı kimi şəxsə və kəmiyyətə görə dəyişirlər:
Mən baxaram Biz baxarıq
Sən baxarsan Siz baxarsınız
О baxar(~) Onlar baxarlar