
Felin Təsriflənən Formaları
Fellər iki böyük qrupa ayrılır:
- Felin təsriflənən formaları
- Felin təsriflənməyən formalan
Felin təsriflənən formaları şəxsə və kəmiyyətə görə dəyişir. Felin sadə və mürəkkəb şəkilləri təsriflənən formalardır.
Felin sadə şəkilləri
Felin şəkilləri danışan, yazan şəxsin görülən işə münasibətini bildirir. Danışan şəxsin münasibətinə görə işin icrası tələb oluna, arzu oluna, vacib sayıla bilər, hər hansısa bir şərtlə bağlı ola bilər, müəyyən vaxtda müəyyən şəxs tərəfındən yerinə yetirilə bilər və s. Bunlar fel şəkillərinin əsasını təşkil edir. Danışanın, yazanın hərəkətə münasibətinə görə felin aşağıdakı şəkilləri ayırd edilir:
- Əmr şəkli
- Xəbər şəkli
- Arzu şəkli
- Lazım şəkli
- Vacib şəkli
- Şərt şəkli
Verilmiş cümlələrdən feilləri seçib cədvəlin müvafiq xanasına yazın.