Felin əmr şəkli
Felin əmr şəkli əmr, buyruq, təkid, xahiş, təklif, nəsihət, məsləhət və s. bildirir.
Əmr şəklinin xüsusi şəkilçisi yoxdur. O, felin kökünə və ya başlanğıc formasma şəxs şəkilçiləri artırmaqla düzəlir. Məsələn: oxuyum, oxu, oxusun, oxuyaq, oxuyun, oxusunlar.
Felin əmr şəklində aşağıdakı şəxs şəkilçilərindən istifadə olunur:
Şəxslər | Tək | Cəm |
I şəxs | -ım4 (-yım4) | -aq2 (-yaq2) |
II şəxs | – | -ıtı4 (-yın4) |
III şəxs | -sın4 | -sın4 + -lar2 |
Felin əmr şəkli məzmununa görə indiki, yaxud gələcək zamanı bildirir.
Felin xəbər şəkli
Felin xəbər şəkli hərəkətin adi qaydada, nə zaman və neçənci şəxs tərəfındən baş verdiyini bildirir.
Felin xəbər şəklinin xüsıısi şəkilçisi yoxdur. O, fellərə zaman və şəxs şəkilçiləri artırmaqla düzəlir. Məsələn: aldım, gəlirsən, gedəcəyik, görürük, oxuyurlar və s.
Zaman şəkilçisi qəbul etmiş istənilən fel xəbər şəklində sayılır.
Felin arzu şəkli
Felin arzu şəkli hərəkətin gələcəkdə icrasının arzu edildiyini bildirir və felə -a2, -ya2 şəkilçilərinin artırılması ilə düzəlir. Məsələn: gəl-ə, bax-a, oxu-ya, işlə-yə və s.
Hərəkətin neçənci şəxsə aid olduğunu bildirmək üçün şəxs şəkilçilərindən istifadə olunur. Məsələn,
Şəxslər | Tək | Cəm |
I şəxs | gələm | gələk |
II şəxs | gələsən | gələsiniz |
III şəxs | gələ | gələlər |
Arzu şəklində olan feldən əvvəl çox vaxt gərək, kaş, təki, barı ədatlarından biri işlədilir. Məsələn: gərək yazam, kaş görəsən.
Felin vacib şəkli
Felin vacib şəkli hərəkətin icrasının zəruri olduğunu bildirir.
Vacib şəkli felə -malı2 şəkilçisi artırmaqla düzəlir, sonra isə müvafıq şəxs şəkilçisi əlavə edilir. Məsələn:
Şəxslər | Tək | Cəm |
I şəxs | oxumalıyam | oxumalıyıq |
II şəxs | oxumalısan | oxumalısınız |
III şəxs | oxumalıdır | oxumalıdırlar |
Vacib şəklinin inkarı həm -mа2 inkar şəkilçisi ilə, həm də deyil inkar hissəciyi vasitəsilə düzəlir. Məsələn: gəlməməliyəm, getməməlisən; gəlməli deyiləm, getməli deyilsən və s. Şəxs şəkilçiləri deyil hissəciyinə artırılır.
Felin lazım şəkli
Felin lazım şəkli hərəkətin icrasının lazımlı, gərəkli olduğunu bildirir. Lazım şəkli felə -ası2 şəkilçisi artırmaqla düzəlir, sonra müvafıq şəxs şəkilçisi əlavə edilir. Məsələn:
Şəxslər | Tək | Cəm |
I şəxs | yazasıyam | yazasıyıq |
II şəxs | yazasısan | yazasısınız |
III şəxs | yazasıdır | yazasıdırlar |
Felin lazım şəklinin inkarı -mа2 inkar şəkilçisi ilə yox, deyil inkar hissəciyi ilə düzəlir. Məsələn: gedəsi deyilsən, baxası deyiləm, satası deyil və s.
Felin şərt şəkli
Felin şərt şəkli hərəkətin icrasının müəyyən şərtlə bağlı olduğunu göstərir.
Şərt şəkli felə -sa2 şəkilçisi artırmaqla düzəlir. Sonra müvafıq şəxs şəkilçisi əlavə edilir. Məsələn:
Şəxslər | Tək | Cəm |
I şəxs | bilsəm | bilsək |
II şəxs | bilsən | bilsəniz |
III şəxs | bilsə | bilsələr |
Felin şərt şəkli müstəqil sadə cümlənin xəbəri ola bilmir. Bu da onu digər şəkillərdən fərqləndirən əlamətlərdən biridir. О ancaq mürəkkəb cümlənin xəbəri ola bilir.
Şərt şəklində olan fellərdən əvvəl bəzən əgər bağlayıcısı işlədilir. Məsələn: əgər bilsəm, əgər görsəm, əgər tapsalar və s.
Qeyd: Fel şəkillərinin şəkilçiləri qrammatik şəkilçilərdir. Şəxs şəkilçiləri fərqli formalarda felin bütün şəkillərində işlənir. Çünki felin təsriflənməsi onun şəxsə və kəmiyyətə görə dəyişməsi deməkdir.