
Felin mürəkkəb şəkilləri felin sadə şəkilləri və idi, imiş, isə hissəciklərinin köməyi ilə düzəldilir. Felin mürəkkəb şəkilləri üç yerə bölünür:
- Fel şəkillərinin hekayəsi
- Fel şəkillərinin rəvayəti
- Fel şəkillərinin şərti
Fel şəkillərinin hekayəsi
Fel şəkillərinin hekayəsi felin sadə şəkillərinə (əmr şəklindən başqa) idi hissəciyi artırmaqla düzəlir.
İdi hissəciyi sonu saitlə bitən fel şəkillərində ayrı, sonu samitlə bitənlərdə isə həm аyrı, həm də bitişik yazılır. Şəxs şəkilçiləri isə idi hissəciyinə və ya onun şəkilçiləşmiş formasına (-dı4) artırılır. Məsələn: alırdım, almışdım, alacaqdılar, alası idin, almalı idik, alası idilər, bilirdim, bilmişdin, biləcəkdin, bilə idiniz, bilməli idin, biləsi idik və s.
İdi hissəciyinin şəkilçibşmiş -dı4 forması ilə şühudi keçmişin -dı4 şəkilçisini qarışdırmaq olmaz. Fel şəkillərinin hekayəsini düzəldən -dı4 şəkilçisi felin sadə şəkillərinin şəkilçilərindən sonra artırıldığı halda, şühudi keçmiş zamanın şəkilçisi birbaşa leksik vahidə artırılır. Məsələn:
Şühudi keçmiş | Felin xəbər şəklinin hekayəsi |
yazdım | yazırdım, yazmışdım, yazacaqdım |
yazdırı | yazırdın, yazmışdın, yazacaqdın |
yazdı | yazırdı, yazmışdı, yazacaqdı |
yazdıq | yazırdıq, yazımşdıq, yazacaqdıq |
yazdınız | yazırdınız, yazmışdımz, yazacaqdınız |
yazdücır | yazırdılar, yazmışdılar, yazacaqdılar |
Sonu saitlə bitən fellərdə idi aşağıdakı kimi tələffüz olunur: alası idi [alasıydı], baxası idim [baxasıydım] və s.
İdi hissəciyi əmr şəklinə və şühudi keçmiş zamana artırıla bilmir.