- Language Mag - https://language.az -

Fel şəkillərinin şərti

Fel şəkillərirnin şərti felin əmr və arzu şəkli istisna olmaqla qalan şəkillərinə isə hissəciyi aılırmaqla düzəlir. Lakin şühudi keçmiş zamanda olan söz fel şəkillərinin hekayə və rəvayətindən fərqli olaraq, isə hissəciyi ilə işlənə bilir. Məsələn: yatdısa, gördüsə, tulladısa və s.

Felin arzu və şərt formaları isə hissəciyi ilə işlənə bilmir.

İsə hissəciyi şəkil və şəxs şəkilçilərindən sonra artırılır və iki cür yazılır: bütöv və qısa. Məsələn: gələcək isə – gələcəksə, almış isə – almışsa və s.

Bəzən isə hissəciyi fel şəkillərinin hekayə və rəvayətindən sonra da işlənə bilir. Məsələn:

gəlirdi – gəlirdisə, oxuyurdu — oxuyurdusa, bilirmiş – bilirmişsə, yazmalı imiş -yazmalı imişsə və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

3.3/5 - (3 votes)