
Fel şəkillərinin hekayə, rəvayət və şərtini əmələ gətirən idi, imiş, isə hissəcikləri yalnız fellərə deyil, feldən başqa da nitq hissələrinə, xüsusən, isim, sifət, say və əvəzliklərə, bəzən də zərfə artırılır. Bu vaxt aşağıdakı hallar özünü göstərir:
İdi, imiş hissəcikləri isim, sifət, say, əvəzlik və bəzi zərflərə artırılaraq cümlənin ismi xəbəri olur. Məsələn:
səhər idi, tənbəl idi, on idi, о idi, gecə idi; Zəhra imiş, zəhmətkeş imiş, о imiş, beş imiş, irəlidə imiş və s.
İdi, imiş hissəcikləri sözlərdən ayrı yazılır, ancaq tələffüz zamanı şəkilçiləşmiş formada deyilir. Məsələn: Əli idi [Əliydi].
İdi, imiş hissəcikləri istər fellərə, istərsə də başqa nitq hissələrinə qoşulduqda müəyyən bir iş, hadisə haqqında sonradan verilən məlumatı bildirir. Məsələn: O, yaxşı oxuyurdu, biləcəkdi, söyləyirmiş və s.
İsə hissəciyi müstəqil cümlədə xəbər ola bilmir. İsə hissəciyi isim, sifət, say və əvəzliklərə qoşulduqda yalnız asılı cümlənin, yəni budaq cümlənin xəbəri olur. Məsələn: Əgər yaxşı isə, özün get.
İsə müstəqil xəbər əmələ gətirə bilmədiyindən xəbərlik şəkilçiləri qəbul edən sözlərdə həmin şəkilçidən sonra gəlir. Məsələn: gözəl+əm+sə, tələbə+dir+sə, müəllim+sən+sə və s.
İsə hissəciyinin qoşulduğu bütün nitq hissələri isə şərt bildirir. Məsələn: Mən yazmışamsa, baxmışamsa, görmüsənsə, yaxşı isə, gecə isə və s.
Hər üç hissəcik felin əmr şəklinə artırıla bilmir. Çünki onlar birbaşa felin kökünə və ya başlanğıc formasına artırıla bilməz, felin şəkillərinin şəkilçilərindən sonra gələ bilər. Bu hissəciklər əmr şəklinin xüsusi şəkilçisi olmadığından ona qoşula bilmir.
Cox əla bilmədiyim qaydalar öyrəndimm
Əla
Çox ela bunu oyrendieyeime sevimdim😊😊😊
Salam.Mənim müəllimim cümlə yazmağı tapşırıb və mən burda bir dənədə olsa cümlə görmədim
Səninlə eyni fikirdəyəm
Burda sizə izahatı verilib cümlənidə özünüz yazında
Burda köçürtmək üçün yer yoxdur.İzah verilir cavab isə şəxs tərəfindən tapılır.Mən özümdə müəlliməm və şagird olmuşam.Vaxtilə köçürdürdüm amma köçürtməyə şərait yoxdursa bu irad tutulmamalıdır.
Məndə görmədim
Bəli mənədə həmçinin ama çox təəssüf ki axtardığımı tapa bilmədim😒
Cox yaxsi
Bəli mənədə həmçinin ama çox təəssüf ki axtardığımı tapa bilmədim😒
Normal