Print

İdi, imiş və isə hissəciklərinin başqa nitq hissələri ilə işlədilməsi

334 Bəyənmə 21 Şərh

Fel şəkillərinin hekayə, rəvayət və şərtini əmələ gətirən idi, imiş, isə hissəcikləri yalnız fellərə deyil, feldən başqa da nitq hissələrinə, xüsusən, isim, sifət, say və əvəzliklərə, bəzən də zərfə artırılır. Bu vaxt aşağıdakı hallar özünü göstərir:

İdi, imiş hissəcikləri isim, sifət, say, əvəzlik və bəzi zərflərə artırılaraq cümlənin ismi xəbəri olur. Məsələn:

səhər idi, tənbəl idi, on idi, о idi, gecə idi; Zəhra imiş, zəhmətkeş imiş, о imiş, beş imiş, irəlidə imiş və s.

İdi, imiş hissəcikləri sözlərdən ayrı yazılır, ancaq tələffüz zamanı şəkilçiləşmiş formada deyilir. Məsələn: Əli idi [Əliydi].

İdi, imiş hissəcikləri istər fellərə, istərsə də başqa nitq hissələrinə qoşulduqda müəyyən bir iş, hadisə haqqında sonradan verilən məlumatı bildirir. Məsələn: O, yaxşı oxuyurdu, biləcəkdi, söyləyirmiş və s.

İsə hissəciyi müstəqil cümlədə xəbər ola bilmir. İsə hissəciyi isim, sifət, say və əvəzliklərə qoşulduqda yalnız asılı cümlənin, yəni budaq cümlənin xəbəri olur. Məsələn: Əgər yaxşı isə, özün get.

İsə müstəqil xəbər əmələ gətirə bilmədiyindən xəbərlik şəkilçiləri qəbul edən sözlərdə həmin şəkilçidən sonra gəlir. Məsələn: gözəl+əm+sə, tələbə+dir+sə, müəllim+sən+sə və s.

İsə hissəciyinin qoşulduğu bütün nitq hissələri isə şərt bildirir. Məsələn: Mən yazmışamsa, baxmışamsa, görmüsənsə, yaxşı isə, gecə isə və s.

Hər üç hissəcik felin əmr şəklinə artırıla bilmir. Çünki onlar birbaşa felin kökünə və ya başlanğıc formasına artırıla bilməz, felin şəkillərinin şəkilçilərindən sonra gələ bilər. Bu hissəciklər əmr şəklinin xüsusi şəkilçisi olmadığından ona qoşula bilmir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (293 votes)

Digər maraqlı məqalələrimiz

loading...

21 comments

    1. Burda köçürtmək üçün yer yoxdur.İzah verilir cavab isə şəxs tərəfindən tapılır.Mən özümdə müəlliməm və şagird olmuşam.Vaxtilə köçürdürdüm amma köçürtməyə şərait yoxdursa bu irad tutulmamalıdır.

Fidan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: