
Felın təsriflənməyən formaları
Felin şəxsə və kəmiyyətə görə dəyişməyən formaları felin təsriflənməyən formaları adlanır.
Felin təsriflənməyən formaları şəxsə və kəmiyyətə görə dəyişməsələr də, felin bəzi əsas əlamətlərini (təsdiq – inkar, təsirli – təsirsiz, növ) saxlayır. Bunlarda fel xüsusiyyətləri ilə yanaşı, ikinci bir nitq hissəsinin xüsusiyyəti də olur. Felin üç təsriflənməyən forması var:
- məsdər;
- feli sifət;
- feli bağlama.
Məsdər
Həm felə, həm də ismə məxsus əlamətləri olan sözlər məsdər adlanır.
Məsdər felin başlanğıc formasına -maq2 (bəzən isə –mа2) şəkilçisi artırmaqla düzəlir. Məsələn: oxumaq, bilmək, gətirmək və s. -mа2 şəkilçisi о zaman işlənir ki, ondan sonra mənsubiyyət şəkilçisi işlənsin. Məsələn: Onların baxmaları vacibdir. Sizin oxumanız daha xoş olardı. Onurı hələ də yatması məni narahat etdi.
Məsdərin felə məxsus əlamətləri bunlardır:
- Hərəkət bildirir: oxumaq, yazmaq, işləmək və s. sözləri zaman, şəxs, kəmiyyət haqqında heç nə bildirməyib, yalnız hərəkəti bildirir. Yəni fel ilə eyni leksik mənanı bildirir. Məsələn: yaz və yazmaq sözləri arasında heç bir məna fərqi yoxdur.
- Təsirli və ya təsirsiz olur: oxumaq (təsirli), getmək (təsirsiz), yatmaq (təsirsiz), yazmaq (təsirli), götürmək (tosirli), qorxmaq (təsirsiz) və s.
- Təsdiq və ya inkarda olur: yazmaq -yazmamaq, bilmək – bilməmək, istəmək – istəməmək, sevmək – sevməmək və s.
- Felin məna növlərini özündə əks etdirir:
oxumaq, yazmaq, danışmaq (məlum növ)
yazılmaq, satılmaq, atılmaq (məchul növ)
baxılmaq, diqqət edilmək, rast gəlinmək (şəxssiz növ)
yuyunmaq, döyüıımək, açdmaq (qayıdış növ)
pozdurmaq, yazdırmaq, baxdırmaq (icbar növ)
gülüşmək, yazışmaq, mələşmək (qarşılıq-birgəlik növ) - Fel kimi ətrafına söz toplaya bilir. Həmin sözlərlə birlikdə bir sintaktik vahid kimi cümlənin mürəkkəb üzvü olıır: Vətəni qorumaq hər bir vətəndaşın müqəddəs borcudur (bu cümlədə «vətəni qorumaq» birləşməsi bir sintaktik suala cavab verir, mürəkkəb mübtədadır, məsdər tərkibidir); dərsə getmək, işə qəbul olunmaq və s.
Məsdərin ismə məxsus olan əlamətləri bunlardır:
- İsim kimi hallanır: oxumaq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan.
- Nə? sualma cavab verir: Sevmək (nə?) gözəldir.
- Mənsubiyyət şəkilçisi qəbul edir: mənim yazmağım, sənin yazmağın, onun yazmağı, bizim yazmağımız, sizin yazmağınız, onların yazmaqları.
- Qoşmalarla işlənə bilir: getmək üçün, gəlməkdən başqa, bilməyə görə, oxumaqdan ötrü və s.
- Cümlədə mübtəda, tamamlıq və III şəxsdə xəbərlik şəkilçisi (-dır4) qəbul edərək ismi xəbər olur. Feli xəbər ola bilmir:
Öyrənmək (nə?) faydalıdır.
Oxumağı (nəyi?) sevirəm.
Məqsədim öyrənməkdir (nədir?).
Fellər bütün lüğətlərdə məsdər formasında verilir.
Məsdər felin başlanğıc forması sayılır.
Məsdər hallananda, mənsubiyyətə görə dəyişəndə, cümlədə mübtəda, tamamlıq kimi işlənəndə isimləşmiş sayılır.
tesekkureler))
Çox sağ olun bu mənim işimi rahatlaşdırdı.
bomba
mesder ela bes feili sifet? feili baglama? qatilanlar +1
bes feili sifet? feili baglama? qatilanlar +1
onlar o qeder mecburi deyil.yeni basqa saytlarda tapa bilersen
Ağziviza gələni yazipsiz
men qatiliram
Sizə çox təşəkkür edirəm.💜💙
Feilin sekilleri de yeni emr,arzu, vacib,sert,lazim,xeber
Bəs feilin təsriflənən formaları nəyə deyilir ?
natiq feilin təsriflənməyən formaları emr arzu sert xəbər lazım vacib dir
Çox pis meqsed feilinin sualı yoxdu
ela
KQ5E9DBHEB2 http://www.yandex.ru
mesder ve ismin ferqli cehetleri
Sağ olun. Amma belədə yaxşı idi 🙂
😉
31 vurmayın canə ziyandır
Feilin sekilleri de yeni emr,arzu, vacib,sert,lazim,xeber
Salam Feili sifet an ən şekilcileri ile duzelir meselen qacan goren yuruyen tullanan Feiki baglama isebanda sekilcileri ile duzelir meselen o qacanda tullananda vuranda qacanda ve s misal gostermek olar
Salam işimə yaradı amma 31
C8djziİzdudufd