Print

Feli sifət

7 Bəyənmə Şərh yazmaq

Həm felə, həm də sifətə məxsus əlamətləri olan sözlər feli sifət adlanır.

Feli sifətin felə məxsus əlamətləri bunlardır:

  1. Zaman mənası bildirir:
    gülən (uşaq), danışan (şəxs), gedən (qatar) – indiki zaman;
    alınmış (kitab), yetişmiş (meyvə), gördüyüm (film) – keçmiş zaman;
    görüləsi (iş), gələcək (gün), əkilməli (yer) – gələcək zaman.
  2. Təsirli və ya təsirsiz olur: (məktubu) yazan – təsirli, (evə) gedən – təsirsiz, (işi) bilən – təsirli, (kitaba) baxan – təsirsiz, (yazı) yazan – təsirli, (yolda) qaçan – təsirsiz və s.
  3. Təsdiq və ya inkarda olur: gələn – gəlməyəıı, yazan —yazmayan, sevən – sevməyən, oxuyan – oxumayan və s.
  4. Növ bildirir:
    gəzən (adam) – məlum növ
    oxunmuş (kitab) – məchul növ
    açılmış (gül) – qayıdış növ
    sildirən (adam) – icbar növ
    yazışan (dostlar) qarşılıq-birgəlik növ
  5. Ətrafına müxtəlif sözlər toplaya bilir: dostuma deyiləsi söz, işini yaxşı bilən adam.

Bu zaman feli sifət tərkib yaratmış olur, həmin tərkib də cümbııin mürəkkəb üzvü olur.

Feli sifətin sifətə məxsus əlamətbri bunlardır:

  1. Əşyanın əlamətini bildirir: deyiləsi (hansı?) söz, yetişmiş (necə?) armud və s.
  2. Necə? nə cür? hansı? suallarından birinə cavab verir.
  3. Aid olduğıı isimdən əvvəl gəlir: verilən sözlər, yazılmış qanunlar, döyülən qapı və s.
  4. Cümlədə təyin vəzifəsində işlənir: O, deyilən sözə fikir vermədi. Görülmüş iş hamını fərəhləndirdi.
  5. Bəzən xəbərlik şəkilçiləri qəbul edir və cümlədə ismi xəbər olur: O, yazdığımdır. О uşaq çalışandır.
  6. İsimləşə bilir:
    Qaçanı (kimi?) geri qaytardılar.
    Dayananlar (kim?) avtobus gözləyirdilər.

Feli sifət aşağıdakı şəkilçilər vasitəsilə düzəlir:

  1. -an2 şəkilçisi vasitəsilə indiki zaman mənalı feli sifətlər düzəlir. Məsələn: güdən (uşaq), oxuyan (şagird), deyilən (söz), gedilən (yol), açılan (səhər), bəyənilən (söz) və s.
  2. -ınış4 şəkilçisi vasitəsilə keçmiş zaman mənalı feli sifətlər düzəlir. Məsələn: oxunmuş (kitab), görülmüş (iş), seçilmiş (mövzu), baxılmış (məsələ), yanmış (gündəlik), yazılmış (kağız) və s.
  3. -dıq4məıısubiyyət şəkilçisi vasitəsilə keçmiş za­man mənalı feli sifətlər düzəlir. Məsələn: oxuduğum (ki­tab), oxuduğıın (hekayə), getdiyimiz (yer), gördüyümüz (adam), gördükləri (iş) və s.
  4. -acaq2, -ası2, -malı2 şəkilçiləri vasitəsilə gələcək za­man mənalı feli sifətlər düzəlir. Məsələn: deviləcək (söz), gələcək (zaman), tikiləcək (bina), görüləsi (iş), yazəlası (yazı), baxılası (kino), baxılmalı (məsələ), deyilməli (söz), görməli (yerlər) və s.

-dıq4 şəkilçisi kimi -acaq2 şəkilçisi də mənsubiyyət şəkilçisi ilə işlənə bilir: gedəcəyim (yer), işləyəcəyim (otaq), oxuyacağım (mahni) və s.

Feli sifət şəkilçiləri qrammatik şəkilçilərdir.

Feli sifət şəkilçilərinin bəzisi, yəni -mış4, -acaq2, -asr, -malı2 omonim şəkilçilərdir. -mış4 həm feli sifətin, həm nəqli keçmiş zamanın, -acaq2 həm feli sifətin, həm qəti gələcək zamanın, -ası2 həm feli sifətin, həm lazım şəklinin, -malı2 həm feli sifətin, həm də vacib şəklinin şəkilçisidir. Onları bir-birindən fərqləndirmək lazımdır. Bunları fərqləndirmək üçün bilmək lazımdır ki, fel nəqli və qəti gələcək zamanlarda, həmçinin vacib və lazım şəkillərində III şəxsin təkində -dır4 şəkilçisini qəbul edir. Məsələn: yatmışdır, oynayacaqdır, gəlməlidir, gedəsidir. Həmin şəkilçilərin köməyi ilə düzələn feli sifətlər isə -dır4 şəkilçisini qəbul etmir. Demək, -mış4, -acaq2, -asr, -malı2 şəkilçiləri qəbul etmiş sözlər, adətən, şəxs şəkilçisi qəbul etdikdə fel ola bilir. Bu şəkilçini qəbul edə bilmədikdə isə onlar feli sifət olur.

Feli sifətlərlə feldən düzələn sifətləri qarışdırmaq olmaz. Feldən düzələn sifətlər felin heç bir xüsusiyyətinə malik deyil, onlar düzəltmə sifətin bir növüdür, yalnız sifətin xüsusiyyətlərini daşıyır. Feli sifətlər isə həm felin, həm də sifətin əlamətlərini daşıyır. Onları bir-birindən fərqləndirən cəhətlərdən biri də odur ki, feli sifətlər təsirli və ya təsirsiz (dərsi oxuyan, yazı yazan, yer şumlayan — təsirli, şəhərə gedən, kənddən gələn – təsirsiz), təsdiq və ya inkarda (baxan – baxmayan, damşan – danışmayan) olduğu halda, feldən düzələn sifətlər bu xüsusiyyətlərə malik olmur. Çünki təsirli və ya təsirsiz olmaq, təsdiq və ya inkarda işlənmək yalnız felə aid xüsusiyyətdir.

Sözün sifət, yoxsa feli sifət olmasını daha dəqiq bilmək üçün həmin sözün inkarda işlənib-işlənə bilmədiyinə fıkir vennək lazımdır. Söz inkarlıq şəkilçisi ilə işlənə bilsə, o, sifət yox, feli sifətdir.

Lakin onların oxşar cəhətləri vardır:

hər ikisi ismə aid olur və isimdən əvvəl işlənir – küsəyən qız (sifət), küsən qız (feli sifət), ağlağan uşaq (sifət), ağlayan uşaq (feli sifət) və s;
hər ikisi əşyanın əlamətini bildirir, eyni suala cavab verir və cümlənin təyini olur – Görülmüş (hansı?) iş hamını sevindirdi (feli sifət). Güləyən (hansı?) uşaqlar sevimli olur (sifət);
hər ikisi isimləşə bilir – Ağıllı öz işini vaxtında qurur (sifət). Dayananlar onu göstərdilər (feli sifət).

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Feli sifət
4 / 2 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: