
LEKTION 7.2 – der Fragesatz
Alman dilində də bütün dillərdə olduğu kimi sual cümlələri vardır. Sual cümlələri alman dilində aşağıdakı üsullarla düzəlir:
Alman dilində sual cümlələri tərkibinə görə 2 yerə bölünür:
- sual sözsüz və
- sual sözlü sual cümlələri.
İch lerne heute in Baku Deutsch. – Mən bu gün Bakıda alman dili öyrənirəm.
Bu cümlə hələlik nəqli cümlədir. Cümlənin sonuna sadəcə sual işarəsi əlavə etsək və intonasiyanı bir qədər sual intonasiyasına çevirsək, yəni cümlənin sonunda öyrənirəm? sözündəki -əm?-i uzatmaqla sual cümləmiz hazır olar. Yəni belə:
İch lerne heute in Baku Deutsch? – Mən bu gün Bakıda alman dili öyrənirəm?
ÜSUL 2: Nəgli cümlədə olan xəbər/fel cümlənin əvvəlinə keçirilir və cümlənin sonuna sual işarəsi əlavə edilir. Nəqli intonasiyanı sual intonasiyası ilə əvəz etməklə sual cümləmiz hazırdır. Gəlin nəqli cümlə kimi istifadə etdiyimiz nümunəyə müraciət edək:
İch lerne heute in Baku Deutsch. – Mən bu gün Bakıda alman dili öyrənirəm.
Bu cümlə hələlik nəqli cümlədir. İndi isə cümlənin felini önə keçirək:
Lerne ich heute in Baku Deutsch? – Mən bu gün Bakıda alman dili öyrənirəm?
Beləliklə sual cümləmiz hazırdır.
ÜSUL 3: Nəgli cümlə olduğu kimi qalır və yalnız sonda nicht?, yəni deyilmi? sözü əlavə edilir və nəqli intonasiya sual intonasiyası ilə əvəz edilir. Gəlin nəqli cümlə kimi istifadə etdiyimiz nümunəyə bir də müraciət edək:
İch lerne heute in Baku Deutsch. – Mən bu gün Bakıda alman dili öyrənirəm.
Bu cümlə hələlik nəqli cümlədir. İndi isə həmin cümləyə dediyimiz nicht?, yəni deyilmi? sözünü və sual intonasiyasını əlavə edək:
İch lerne heute in Baku Deutsch, nicht? – Mən bu gün Bakıda alman dili öyrənirəm, deyilmi?
İch lerne heute in Baku Deutsch.
Bu cümlədə olan 5 cümlə üzvünün hər birinə ayrı-ayrılıqda sual verək:
1. Wer lernt Deutsch in Baku? – Ich
2. Was mache ich in Baku? – lerne Deutsch
3. Wann lerne ich Deutsch in Baku? – heute
4. Wo lerne ich heute Deutsch? in Baku – in Baku
5. Was lerne ich heute in Baku? – Deutsch.
MƏNBƏ: www.deutsch.az