Print

Dərs 7.3 – Tabeli mürəkkəb cümlə

Bəyənmək Şərh yazmaq

LEKTİON 7.3 – Das Satzgefüge

Tabeli mürəkkəb cümlə iki cümlədən ibarət olur: baş və budaq cümlə. Baş cümlə ilə budaq cümlə bir birinə bağlayıcılar və ya bağlayıcı sözlərlə (nisbi əvəzlik, sual əvəzliyi, yer zərflikləri və sair) bağlanr. Budaq cümlə əsasən baş cümlənin üzvlərindən birinin funksiyasını icra edir.

Baş və budaq cümlələrdə söz sırasına gəldikdə isə – budaq cümlədə xəbər həmişə sonda olur. Əgər xəbər tərkiblidirsə (iki və daha çox hissədən ibarətdirsə), bu zaman təsrif edilən hissə cümlənin lap sonunda olur, təsrif edilməyən hissə (hissələr) isə ondan əvvəl gəlir. «nicht» inkar əvəzliyi isə xəbərdən əvvəl yazılır. Ayrılan söz önləri belə halda ayrılmır. Mübtəda dərhal bağlayıcıdan sonra yazılır.

Tabeli mürəkkəb cümlələrin növləri budaq cümlənin icra etdiyi funksiya ilə təyin edilir. Virtual dərsliyin mündərəcatında ardıcıl olaraq tabeli mürəkkəb cümləlıərin növləri və onlara dair əlavə məlumatlar verilir.

MƏNBƏ: www.deutsch.az

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Dərs 7.3 – Tabeli mürəkkəb cümlə
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: