
LEKTION 9.2 – Datum
Miqdar və sıra saylarından fərqli olaraq tarixi rəqəmlərin oxunuşu bir qədər fərqlidir. Fikrimizi daha yaxşı başa düşmək üçün gəlin bir rəqəmə müraciət edək.
Məsələn : 1871
İndi isə bu rəqəmi əvvəlcə miqdar sayı, sonra isə tarixi rəqəm kimi oxumağa çalışaq.
1/8/71
1-ci hissə : 1000, almann dilində eintausend (bir min)
2-ci hissə : 800, almann dilində achthundert (səkkiz yüz)
3-cü hissə : 71, almann dilində eindsiebzig (yetmiş bir)
Yəni həmin rəqəm belə oxunur: 1871 (eintausend achthundert einundsiebzig)
18/71
1-ci hissə : 18 yüz, almann dilində achtzehnhundert (on səkkiz yüz)
2-ci hissə : 71, almann dilində einundsiebzig (yetmiş bir)
2000 rəqəminədək olan bütün 4 rəqəmli birləşmələr istər sıra sayı, istərsə də tarixi rəqəm kimi yuxarıda verilən qaydada oxunur.
2000 və ondan sonra gələn 4 rəqəmli birləşmələr isə istər sıra sayı, istərsə də tarixi rəqəm kimi hər ikisi eyni bir qaydada oxunurlar.
Məsələn: 2000
Bu rəqəmi elə olduğu qaydada hissələrə bölmədən 2000 – zweitausend kimi oxuyuruq.
Bundan sonra isə,
2001 – zweitausendein
2002 – zweitausendzwei
2003 – zweitausenddrei
………………………………
2009 – zweitausendneun
2010 – zweitausendzehn
2011 – zweitausendelf
2012 – zweitausendzwölf
2013 – zweitausenddreizehn
………………………………
2020 – zweitausend zwanzig
2021 – zweitausend einundzwanzig
2100 – zweitausend einhundert
2119 – zweitausend einhundert neunzehn
MƏNBƏ: www.deutsch.az