
LEKTION 10.2 – Dativ und Akkusativ Präpositionen
Dativ və Akkusativ önlüklər deyərkən elə önlüklər başa düşülür ki, onlar bəzi hallarda ismin özündən sonra Dativ halda, bəzi hallarda isə Akkusativ hallarda olmasını tələb edirlər.
İndi isə gəlin bu “bəzi halları”, yəni eyni bir önlüyün nə vaxt Dativ, nə vaxt isə Akkusativ tələb etdiyini araşdıraq:
Bunun üçün əvvəlcə Dativ və Akkusativ hallarını tələb edən önlüklərin siyahısını nəzərdən keçirək:
harada? haraya?
in an auf vor hinter unter über neben zwischen |
1. içində 1.yanında/yaxınlığında 1. üstündə 1. qarşısında 1. arxasında 1. altına 1. üzərində 1. yanında 1. arasında |
2. içinə 2.yanına/yaxınlığına 2. üstünə 2. qarşısına 2. arxasına 2. altında 2. üzərinə 2. yanına 2. arasına |
Cədvəldən gördüyünüz kimi bütün önlüklər 1. və 2. nömrələri ilə
1. yerlik / harada,
2. istiqamət / haraya bildirmək mənasında işlənirlər.
Elə bu xüsusiyyətlərinə görə də həmin önlüklər:
1. wo?, yəni harada? sualına cavab verdikdə Dativ,
2. wohin?, yəni haraya? sualına cavab verdikdə Akkusativ tələb edirlər. Bəs wohin? və wo? suallarını nədən çıxış edərək veririk?
Bu sualı feldən çıxış edərək cümlənin objektinə vermək olar.
Beləliklə biz Dativ və Akkusativ halını tələb edən önlüklərlə tanış olduq və onların nə vaxt Dativ, nə vaxt Akkusativ halını tələb etdiklərini öyrəndik.
MƏNBƏ: www.deutsch.az
cox beyendim sehfevizi.amma xais edirem daha cox derslikler elave edesiniz alman dilinde oyrenmekcun