Print

The Possessive/Genitive Case of the Noun – İsmin yiyəlik halı

236 Bəyənmə 1 Şərh

Azərbaycan dilində ismin 6 halı olduğu halda ingilis dilində ismin cəmi 2 halı vardır:

  • adlıq hal – the common case / the nominative case
  • yiyəlik hal – the possessive case/ the genitive case

Qeyd: ismin azərbaycan dilində olan, lakin ingilis dilində olmayan digər halları sözönüləri vasitəsilə ifadə edilir:

  • Bakıya -to Baku; Bakida – in Baku; Bakidan – from Baku- azərbaycan dilində olduğu kimi,  ingilis dilində də ismin adlıq halının heç bir şəkilçisi yoxdur. Lakin ingilis dilindəki qeyri- müəyyənlik artiklını sayıla bilən və təkdə olan ismin adlıq halının əlaməti kimi götürmək olar:
  • ata-a  father; əmi-an uncle;şəhər -a city; alma-an apple; kitab -a book

-ismin yiyəlik halı əsasən şəxs və ya əşya arasında mövcud olan sahiblik əlaqəsini ifadə edir;

-azərbaycan dilində ismin yiyəlik hal şəkilçisi – in və -nın şəkilçisidir

  • şəhərin küçələri; Bakının gözəlliyi

İngilis dilində ismin yiyəlik halı həm sintaktik yolla, həm də analitik yolla düzəlir:

  • sintaktik yol – ‘s-  in, -nın; -s‘  – ların
  • analitik yol – of [əv] -ın, -nın

I. Təkdə olan canlı isimlər və heyyanlar üçündür, söz sırası azərbaycan dilində olduğu kimidir 

  • the boy ‘s name – oğlanın adı
  • the man‘s family – kişinin ailəsi
  • a bird ‘ s egg – quş (un) yumurtası

Qeyd: yiyəlik halında olan isim özündən sonra mütləq artikılsız isim tələb edir və cümlənın ayrıca xəbəri də olmalıdır. Yiyəlik hal şəkilçisi qəbul etmiş isim əsasən təyin olur:

  • The teacher‘s book was born – Müəllim kitabı cırılmışdır.

Lakin əvvəlcədən xatırladılmış barəsində danışılmış məlum ismin təkrarlanmaması üçün yiyəlik halındakı söz təyin etdiyi söz olmadan işlədilə bilər. Bu halda yiyəlik halda olan isim təyin ola  bilməz. Mübtəda, tamamlıq və xəbər rolunda çıxış edir:

  1. Sunay’s car is black but Tayfur’s is white – Sunayın maşını qaradır, amma Tayfurunku ağdır
  2. And suddenly with his other hand Ali  caught Sona’s (hand) – Və birdən Əli digər əliylə Sonanınkını (n əlini) tutdu
  3. Whose car is this? – Bu kimin maşınıdır?
  • It is Mahir’s  – O Mahirinkidir

İzah: Bu cümlələrdə barəsində danışılan “car” və “hand” isimdir. Birinci dəfə isim xatırlandığından, ikinci dəfə təkrar edilmədi, yiyəlik hal şəkilçisi qəbul edərək mənsubluq ifadə edən

“Tayfur’s “Sona’s və “Mahir’s ” isimləri tək işlədildi, təyinlik bildirdiyi halda digər cümlə üzvləri kimi çıxış etdi.

II. ”-s (es)-lar” cəm şəkilçisi ilə deyil, kökündən dəyişərək cəmlənən cəm isimlər üçündür:

  •  a man = kişi → the man’s car = kişinin maşını
  • men = kişilər → the men’s cars = kişilərin maşınları
  • a child = uşaq → the child’s toy = uşağın oyuncağı
  • children = uşaqlar → the children’s toys = uşaqların oyuncaqları

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (188 votes)

Digər maraqlı məqalələrimiz

loading...

1 comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: