Print

Köməkçi nitq hissələri. Qoşma

11 Bəyənmə Şərh yazmaq

Əsas nitq hissələrindən fərqli olaraq köməkçi nitq hissələrinin:

  •  leksik mənası olmur;
  • suallara cavab olmur 
  • ayrılıqda cümlə üzvü kimi işlənə bilmir;
  • şəkilçi qəbul etmir.

Köməkçi nitq hissələri əsas nitq hissələrinə aid sözlər  arasında qrammatik əlaqənin yaranmasına, cümlə üzvlərinin bir- birinə bağlanmasına xidmət edir.

Köməkçi nitq hissələri bunlardır:

  1. Qoşma
  2. Bağlayıcı
  3. Ədat
  4. Modal sözlər
  5. Nida

Köməkçi nitq hissələrinin qrammatik mənasi olur

Qoşma 

İsmin müxtəlif halında (adlıq, yiyəlik, yönlük, çıxışlıq) olan sözlərə qoşularaq müəyyən məna (məkan, istiqamət, zaman, səbəb, bənzətmə, birgəlik ) yaradan köməkçi nitg hissəsi qoşma adlanir.

Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur. Məsələn, Bu iş əsl mənim üçündür. Bu cümlədəki mənim üçündür birlikdə sadə  xəbərdir. Buradakı üşündür sözünü ayılıqda xəbər kimi götürmək olmaz. 

Qoşmalar təklikdə müstəqil mənaya malik deyil. Onlar ismin müəyyən hallarına qoşulduqdan sonra müəyyən məna çalarları əmələ gətirir. Qoşmaları işləndikləri hallara və daşıdıqları mənalara görə aşğıdakı kimi  qruplaşdırmaq olar:

  1. Adlıq və yiyəlik halda olan sözlərlə işlənən qoşmalar: qədər, kimi, tək, ücün, ilə(la), haqqında, haqda, barədə, barəsində. 

Qədər, kimi, tek qoşmaları adlıq halda olan isimlərə və yivəlik halda olan əvəzlıklərə  qoşularaq bənzətmə mənası əmələ gətirir. Məsələn, Vagif kimi, uşaq tək, quş kimi, körpə qədər, mənim kimi, sənin tək, onun qədər

Qədər, kimi, tək qoşmları qeyri-müəyyən yiyəlik halda olan isimlərə qoşulur.

ca qoşması da eyni mənanı bildirir. Məsələn, Yol boyunca söyüdlər əkilmişdi.

Tək qoşması bəzən təki şəklində işlənit və həmin mənanı saxlayır: Təyyarə quş təki uçurdu.

İlə qoşması adlıq halda  olan isimlərə vəyiyəlik halda olan əvəzliklərə qoşularaq birgəlik, alət, vasitə mənası ifadə edir. Məsələn, Kamal ilə, balta ilə, mənım ilə telefon ilə .

Üçün qoşması qoşulduğu sözlə birlikdə səbəb, məqsəd, aidlik mənası ifadə edir. Məsələn, ev üçün, gənclər üçün, oxumaq üçün, bizim üçün, onlar üçün 

  • Yönlük halda olan sözlərlə işlənən qoşmalar: qədər, kimi, tərəf, doğru, qarşı, sarı, görə, əsasən, dair, aid-dək, can,məxsus. 
  • Qədər, kimi, -dək, -can2 qoşmaları məsafə mənaları ifadə edir. Məsələn, evə qədər, məktəbə kimi,  bağadək, evəcən, evə kimi, səhərə kimi, axşamacan
  • Sarı, tərəf, doğru, qarşı qoşmaları istiqamət, yönəlmə mənası ifadə edir. Məsələn, evə sarı, binaya tərəf, qapıya doğru, mənə qarşı və s.
  • Görə qoşması səbəb, müqayisə, mənbə mənaları ifadə edir. Məsələn, sənə görə, işə görə, danışığa görə, şərtə görə və s.
  • Aid, dair, məxsus qoşmaları da aidlik bildirir. Məsələn, oğlana aid, müəllimə aid, əsərə dair, ədəbiyyata dair, sənə məxsus, şairə məxsus və s. 
  • Əsasən sözü modal söz kimi də işlənə bilər. Bu vaxt yönlük hala qoşulmayıb, əsas etibarilə, əksərən mənalarını ifadə edir.
  • Çıxışlıq halda olan sözlərlə işlənən qoşmalar:  əvvəl, sonra, qabaq, sarı, bəri, başqa, qeyri, savayı, ayrı, pzgə, ötrü, əlavə. 
  • Əvvəl, qabaq, sonra, bəri qoşmaları zaman mənası ifadə edir. Məsələn, bizdən əvvəl,  yağışdan qabaq, quraqlıqdan sonra, səhərdən bəri, ildən bəri, bizdən sonra, yatmazdan qabaq və s.
  • Başqa, özgə, qeyri, savayı, ayrı qoşmaları istisnalıq, fərqlənmə mənaları ifadə edir. Məsələn, atamdan başqa, dostumdan qeyri, səndən özgə, işdən savayı və s.
  • Ötrü qoşması sebeb, məqsəd, aidlik mənası ifadə edir.Məsələn, işdən ötrü, oxumaqdan ötrü, dostdan ötrü və s. 

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: