- Language Mag - https://language.az -

Köməkçi nitq hissələri. Qoşma

Əsas nitq hissələrindən fərqli olaraq köməkçi nitq hissələrinin:

Köməkçi nitq hissələri əsas nitq hissələrinə aid sözlər  arasında qrammatik əlaqənin yaranmasına, cümlə üzvlərinin bir- birinə bağlanmasına xidmət edir.

Köməkçi nitq hissələri bunlardır:

  1. Qoşma
  2. Bağlayıcı
  3. Ədat
  4. Modal sözlər
  5. Nida

Köməkçi nitq hissələrinin qrammatik mənasi olur

Qoşma 

İsmin müxtəlif halında (adlıq, yiyəlik, yönlük, çıxışlıq) olan sözlərə qoşularaq müəyyən məna (məkan, istiqamət, zaman, səbəb, bənzətmə, birgəlik ) yaradan köməkçi nitg hissəsi qoşma adlanir.

Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur. Məsələn, Bu iş əsl mənim üçündür. Bu cümlədəki mənim üçündür birlikdə sadə  xəbərdir. Buradakı üşündür sözünü ayılıqda xəbər kimi götürmək olmaz. 

Qoşmalar təklikdə müstəqil mənaya malik deyil. Onlar ismin müəyyən hallarına qoşulduqdan sonra müəyyən məna çalarları əmələ gətirir. Qoşmaları işləndikləri hallara və daşıdıqları mənalara görə aşğıdakı kimi  qruplaşdırmaq olar:

  1. Adlıq və yiyəlik halda olan sözlərlə işlənən qoşmalar: qədər, kimi, tək, ücün, ilə(la), haqqında, haqda, barədə, barəsində. 

Qədər, kimi, tek qoşmaları adlıq halda olan isimlərə və yivəlik halda olan əvəzlıklərə  qoşularaq bənzətmə mənası əmələ gətirir. Məsələn, Vagif kimi, uşaq tək, quş kimi, körpə qədər, mənim kimi, sənin tək, onun qədər

Qədər, kimi, tək qoşmları qeyri-müəyyən yiyəlik halda olan isimlərə qoşulur.

ca qoşması da eyni mənanı bildirir. Məsələn, Yol boyunca söyüdlər əkilmişdi.

Tək qoşması bəzən təki şəklində işlənit və həmin mənanı saxlayır: Təyyarə quş təki uçurdu.

İlə qoşması adlıq halda  olan isimlərə vəyiyəlik halda olan əvəzliklərə qoşularaq birgəlik, alət, vasitə mənası ifadə edir. Məsələn, Kamal ilə, balta ilə, mənım ilə telefon ilə .

Üçün qoşması qoşulduğu sözlə birlikdə səbəb, məqsəd, aidlik mənası ifadə edir. Məsələn, ev üçün, gənclər üçün, oxumaq üçün, bizim üçün, onlar üçün 

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (298 votes)