Print

Ədat. Azərbaycan dili

6 Bəyənmə Şərh yazmaq

Sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi ədat adlanır.

Ədatlar söz və ya cümlələri qüvvətləndirməyə xidmət etdiyi üçün onları işləndiyi cümlədən çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz, həmin məna müəyyən qədər zəifləyə bilər.

Ədatların aşağıdakı məna növləri vardır.

  1. Qüvvətləndirici ədatlar: ən, lap, daha, axı, nə, belə, artıq, da, də, necə, hətta, ha, ki, –cavə s. Məsələn, Axı mənim günahım yoxdur. Siz lap həddinizi aşdınız. Mən daha qayıtmayacağam. Hətta sənin də olanlardan xəbərin yoxdur. Sən gələndə artıq gec idi. Yaxşı da, daha məni öldürməyəcəksən ki.
  2. ca2 ədatı sözlərə bitişik yazılır. Dəqiqləşdirici ədatlar: əsl, elə, belə, məhz. Məsələn, Bu əsl biz deyəndir. Elə mən də bunu bilmək istəyirəm. Bu işi məhz  sən bacara bilərsən.
  3. Məhdudlaşdırıcı ədatlar: ancaq, yalnız, tək, təkcə, bir, bircə və s. Məsələn, Mən tək səni nəzərdə tutmuram. O ancaq bunu bacarır. Bircə Aysel vaxtında gəlib çıxdı. Bu işi yalnız sənə etibar edə bilrəm. Bəs, məgər ədatları bir-birinin sinonimidir.
  4. Sual ədatları: bəs, məgər, yəni, mıvə s. Məsələn, Bəs ona niyə deməmisən? Məgər sənə bu işi tapşırmışdıq? Bunu sən edə bilərdinmi? Yəni doğurdan, bu işi bacarmırsan?  Sual ədatı işlənən cümlənin sonunda sual işarəsi qoyulur. -mı
  5. Əmr ədatları: qoy, qoyun, qoysana, gəl, gəlin, gəlsənə, gör, görün, di, ha, -sana, bax və s. Məsələn, Qoy bir az dincəlim. Görün bu nə işlə məşğuldur.
  6. -sanaədatı sözlərə bitişik yazılır. Arzu ədatları: kaş, kaş, ki, barı, təki, gərək və s. Məsələn, Kaş sənin kimi cavan olaydım. Barı sən belə demə. Gərək sən onu seçməyəydin. Kaş ki onu görəydim. Təki sən gələsən.
  7. Təsdiq və inkar ədatları: bəli, xeyr, hə, yox, heç, heç də və s. Məsələn, Bəli, mən istədiyimə nail oldum. Xeyr,  mən bunu bacarmayacam. Hə, Sən bu gün çox işləmisən. Yox, söylədiklərinin heç biri doğru deyil.

Ədatlardan sonra prinsipə görə vergül qoylmur. Lakin təsdiq və inkar ədatlarından sonra intonasiyanın tələbinə görə vergül qoyulur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: