Print

Sintaktik əlaqələr

51 Bəyənmə 1 Şərh

Söz birləşmələrini və cümlələri əmələ gətirən sözlərin məna və qrammatik cəhətdən bağlılığı sintaktik əlaqə adlanır.

Söz birləşmələri və cümlələr arasında həm məna əlaqəsi, həm də sintaktik əlaqələr olur. Məsələn, gözəl çəmən birləşməsindəki gözəl sözü mənaca çəmən sözünə aid olub onu təyin edir. Yazı yazmaq birləşməsində yazı sözü mənaca yazmaq hərəkətinin obyektini bildirir, sintaktik cəhətdən də ona tabe olur.

Sintaktik əlaqələrin iki növü vardır: tabesizlik əlaqəsi, tabelilik əlaqəsi.

Tabesizlik əlaqəsi bərabərhüquqlu sözlər arasında, yəni həmcins üzvlər arasında yaranır. Bu əlaqədə olan sözlərin   hamısı eynı qrammatik formada olur və biri digərinə tabe olmur. Məsələn, Dərələr, təpələr, düzlər sıx dumana bürünmüşdü. Qarşımıza çıxan çətinliklər, əngəllər bizi ruhdan salmır.

Yuxarıdakı cümlələrdə qeyd edilmiş sözlər arasında tabesizlik əlaqəsi mövcuddur. Tabesizlik əlaqəsi cümlədəki sözlər arasında özünü göstərir. Bu əlaqə ya intonasiya ilə, ya da tabesizlik bağlayıcıları ilə müəyyənləşir:

İntonasiya ilə: Bizi sevindirsin eşin, əməlin, Vəfada, dözümdə Banuçiçək ol. Arzunu, istəyi dəyişir zaman.

Tabesizlik bağlayıcıları ilə: Məhəl qoymaz nə yağışa, nə küləyə təyyarələr. Qızlar və oğlanlar yanaşı oturmuşdular.

Tabesizlik əlaqəsi ilə bağlanan sözlər  bir – birindən asılı olmur. Tabelilik əlaqəsində olan sözlərdən biri əsas,  digəri isə ondan  asılı olur və onu izah edir. Tabe söz  tabeedici sözə qrammatik şəkilçilər vasitəsilə bağlanır. Sözlər arasındakı asılılıq əsasında müəyyənləşdirilir və suallar da, adətən,  tabeedici söz əsasında verilir. Tabelilik  əlaqəsi tabe sözdən əsas sözə doğru yönəlmiş oxla göstərilir. Məsələn,

  • O, məktəbdə yaxşı oxuyurdu.
  • O (nə edirdi) ← oxuyurdu. 
  • Məktəbdə → (harada?) oxuyurdu.
  • Yaxşı → (necə?) oxuyurdu.

Tabelilik əlaqəsinin üç növü  vardır: uzlaşma əlaqəsi, idarə əlaqəsi, yanaşma əlaqəsi. 

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.2/5 - (24 votes)

Digər maraqlı məqalələrimiz

loading...

1 comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: