Print

Uzlaşma əlaqəsi

236 Bəyənmə 8 Şərh

Tabe sözün tabeedici sözlə şəxsə və kəmiyyətə görə uyğunlaşması uzlaşma əlaqəsi adlanır.

Tabeedici söz, bir qayda olaraq, tabe sözdən əvvəl gəlir, birinci tərəf əsas, ikinci tərəf isə asılı tərəf olur. Məsələn, mən gedirəm, sən oxuyursan, biz şagirdik, onlar gəlirlər, mənim həkimim və s.

Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər arasında, həm II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında olur. Cümlədə mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi olduqda mübtəda hansı şəxsdə olursa, xəbər  də ona uyğun şəxs şəkilçisi  qəbul edir. Mübtəda əsas, xəbər asılı tərəf olur. Çünki xəbərdə hansı şəxs şəkilçisinin olacağını mübtəda müəyyən edir. Məsələn, Biz oxuyuruq. Siz yazırsınız. Mən sizdən çox razıyam. Siz mənim azad olmağım üçün çox çalışmısınız.

Mübtəda ilə xəbər arasında şəxsə və kəmiyyətə görə uzlaşma heç vaxt pozulmur. Lakin mübtəda üçüncü şəxsin cəmi ilə ifadə olunduqda kəmiyyətə görə uzlaşma pozula da bilər. Məsələn, Quzular mələsir. Şagirdlər əyləşdi. Çaylar daşdı. Quşlar uçdu.

İkinci və üçüncü növ təyini söz birləşmələrinin ərəfləri arasında uzlaşma əlaqəsi olur. Bu birləşmələrdə ikinci tərəflər birinci tərəflərlə şəxsə və kəmiyyətə görə uzlaşır, yəni birinci tərəf  neçənci şəxsdədirsə, ikinci tərəf də ona uyğun mənsubiyyət şəkilçisi qəbul edir. Məsələn, onların evləri, məktəb həyəti və s. İkinci növ təyini söz birləşməsində uzlaşma yalnız üçüncü  şəxsə görə olur, çünki ikinci növ təyini söz birləşmşsinin birinci tərəfi şəxs əvəzlikləri ilə ifadə oluna bilmir. Məsələn, dağ havası, şagird çantası, Qız qalası, Xəzər dənizi, Araz çayı, məzar daşı parçası, islam dini, azadlıq mübarizəsi və s. Üçüncü növ təyini söz birləşməsində isə bütün şəxslərə görə uzlaşma olur. Məsələn, mənim qələmim, bizim qələmimiz, sənin qələmin, sizin qələminiz, onun qələmi, onların qələmləri. Üçüncü şəxsin cəmində kəmiyyətə görə uzlaşma çox vaxt olmur. Məsələn, onların atası, onların kitabı, onların çantası və s. Uzlaşma əlaqəsinin qrammatik göztəriciləri şexs sonluqlarımənsubiyyət şəkilçiləridir. Bu şəkilçilər olan tərəf tabe tərəf sayılır. 

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (64 votes)

Digər maraqlı məqalələrimiz

loading...

8 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: