- Language Mag - https://language.az -

Dərs 2.5 – Alman dilində nisbi əvəzliklər

LEKTİON 2.5 – Relativpronomen

Nisbi əvəzlik anlayışı azərbaycan dilinə aid olan əlamət deyil. Rus dilində və bəzi digər dillərdə buna daha çox rast gəlinir. Nisbi əvəzliyin nə olduğunu başa düşmək üşün azərbaycan dilində kobud da səslənsə, bir cümləyə müracitə edək.

Kişi, hansı ki oturur, bizim firmada işləyir.

Bu cümlədə hansı ki oturur hissəsində hansı ki nisbi əvəzlikdir. Azərbaycan dilində isə bu cümlənin düzgün forması belə olardı:

Oturan kişi bizim firmada işləyir.

Gördüyünü kimi azərbaycan dilində bu fikir feli sifətlə- oturan sözü ilə ifadə edilir. Bəs nisbi əvəzliklər alman dilində nə ilə ifadə edilir?

Alman dili nisbi əvəzliklər cinslərə uyğun olaraq təkdə və həm də cəmdə möcud olmaqla 2 vasitə ilə ifadə edilə bilir:

1. müəyyən artikillərlə
der (kişi cinsi)
das (orta cins)
die (qadın cinsi)

die (cəmdə)

2. sual sözü olan
welcher (kişi cinsi)
welches (orta cins)
welche (qadın cinsi)

welche (cəmdə) ilə.

İndi isə hər iki vasitədən istifadə edərək yuxarıda verilən nümunə cümləni alman dilinə tərcümə edək:

Azərbaycan dilində:
Kişi, hansı ki oturur, bizim firmada işləyir.
Oturan kişi bizim firmada işləyir.

Alman dilində:
Der Mann, der sitzt, arbeitet bei unserer Firma.
Der Mann, welcher sitzt, arbeitet bei unserer Firma.

Alman dilində nisbi əvəzliyin hər iki vasitəsi mümkün olsa da daha çox artikl formasından istifadə edilir.
der (kişi cinsi)
das (orta cins)
die (qadın cinsi)

die (cəmdə)

İndi isə aşağıdakı cədvəldə TƏKDƏ müəyyən artikllərlə nisbi əvəzliklərin artikl vasitəsi ilə ifadə edilən formalarının hallanması qaydasına baxaq. Bu zaman GENİTİV halda artikllərlə nisbi əvəzliklərin fərqinə xüsusi fikir verin. Digər hallarda heç bir fərq yoxdur.

Hallar təkdə müəyyən artikl təkdə nisbi əvəzlik
Nominativ der das die der das die
Genitiv des des der dessen dessen deren
Dativ dem dem der dem dem der
Akkusativ den das die den das die

Cəmdə isə bu fərq GENİTİV və DATİV hallarındadır.

cəmdə müəyyən artikl

Nominativ     die
Genitiv          der
Dativ             den
Akkusativ     die
cəmdə nisbi əvəzlik

Nominativ    die
Genitiv          deren
Dativ             denen
Akkusativ    die

İndi isə nisbi əvəzliklərin müxtəlif hallarına uyğun olan nümunələrə baxaq:

TƏKDƏ \\ SINGULAR
Nominativ     Müəllimlə danışan qadın onun anasıdır.
Nominativ    Die Frau, die mit der Lehrer spricht, ist ihre Mutter. 

Genitiv          Oğlu bizimlə işləyən kişi onun dostudur.
Genitiv          Der Mann, dessen Sohn mit uns arbeitet, ist sein Freund.

Dativ             Mənim danışdığım müəllim universitetdə işləyir.
Dativ             Der Lehrer, mit dem ich spreche, arbeitet in der Universität.

Akkusativ     Sənin gördüyün adam bu şəhərdə yaşayhır.
Akkusativ    Der Mensch, den du siehst, lebt in dieser Stadt.

CƏMDƏ- PLURAL
Nominativ     Müəllimlə danışan qadınlar onun xalalarıdır.
Nominativ    Die Frauen, die mit der Lehrer sprechen, sind ihre Tanten. 

Genitiv          Oğulları bizimlə işləyən kişilər onun dostlarıdır. 
Genitiv          Die Männer, deren Söhne mit uns arbeiten, sind seine Freunde.

Dativ             Mənim danışdığım müəllimlər bizim universitetdə işləyirlər.
Dativ             Die Lehrer, mit denen ich spreche, arbeiten in unserer Universität.

Akkusativ     Sənin gördüyün adamlar bu şəhərdə yaşayhırlar.
Akkusativ    Die Menschen, die du siehst, leben in dieser Stadt.

İndi siz özünüz də verilmiş nümunələrə müvafiq cümlələr qurmağa cəhd edin.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

2.7/5 - (3 votes)