- Language Mag - https://language.az -

Dərs 2.6 – Alman dilində qayıdış əvəzliyi

LEKTION 2.6 – das Reflexivpronomen

SİCH
Bu dərsimizdə alman dili qayıdış əvəzliklərinin öyrənilməsinə başlayırıq. Alman dili qayıdış əvəzliklərini başa düşə bilmək üçün gəlin əvvəlcə azərbaycan dilində bunun nə olduğunu yadımıza salaq.

Daha əyani olmaq üçün bir felə müraciət edək. Məsələn yumaq felinə. Biz yumaq felini deyərkən nəyisə yumağı başa düşürük. İndi isə bu feli bir qədər başqa cür işlədək, yəni yumaq formasında deyil, yuyunmaq kimi işlədək. Bu zaman məhz hərəkəti edən şəxs hərəkəti öz üzərində edir. Yəni nəyisə yumağı deyil, məhz özünü yumaq kimi başa düşülür. Bu isə odeməkdir ki, hərəkət icraçının öz üzərinə “qayıdır” və “qayıdış fel” sözü də elə buradan yaranır.

“Qayıdış fel”in düzəlməsi ilə əlaqədar biz burada fonetik olaraq nələrin baş verdiyini görürük, yəni “qayıdış fel” necə düzəlir? Bu sualın cavabını birinci şəxsin təki, yəni “mən” üçün indiki zamanda izah etməyə çalışaq:

1. adi yumaq felinin kökünə yun əlavə edilir (təxminən əmr forması düzəlir), /yuyun/
2. bunun üzərinə indiki zaman şəkilçisi ur əlavə edilir,                                   /yuyunur/
3. daha sonra isə şəxs şəkilçisi am artırılır,                                                   /yuyunuram/.

Beləliklə “qayıdış fel” hazır oldu.

Indi isə alman dilinin qayıdış əvəzliyi ilə tanış olaq. Alman dilində qayıdış əvəzliyi  sich olaraq qəbul edilmişdir və alman dilində   “das Reflexivpronomen”   kimi anlaşılır.

Alman dilində “qayıdış fellər”    sich   qayıdış əvəzliyinin felin əvvəlinə ayrıca olaraq artırılması ilə düzəlir. Yəni, azərbaycan dilinin yumaq feli alman dilinə waschen  kimi tərcümə edildiyini nəzərə alaraq onun “qayıdış formasını”, yəni yuyunmaq formasını düzəltmək üçün waschen felinin əvvəlinə ayrıca yazılmaqla sich qayıdış əvəzliyini artırmaq kifayətdir. Beləliklə,

sich     +     waschen     =     sich waschen

Biz alman dilində “qayıdış felin” düzəldilməsi ilə tanış olduq. Bu isə o deməkdir ki, harada qarşısında sich olan fel görsək, biləcəyik ki, bu qayıdış feldir. Amma sich qayıdış əvəzliyi şəxslərə görə dəyişilə bilir, yəni təsrif edilir. Deməli, biz onu həmişə sich kimi deyil, başqa formada da görə bilərik. Onun başqa formalarını da tanıya bilmək və ya sich qayıdış əvəzlikli felləri özümüzün də şəxsə görə dəyişə bilməyimiz üçün mütləq sich qayıdış əvəzliyinin təsrifini nəzərdən keçirmək lazımdır.

ich
du
er
sie
es
wir
ihr
sie
Sie
wasche
wäschst
wäscht
wäscht
wäscht
waschen
wascht
waschen
waschen
mich
dich
sich
sich
sich
uns
euch
sich
sich
ich
du
er
sie
es
wir
ihr
sie
Sie
wasche
wäschst
wäscht
wäscht
wäscht
waschen
wascht
waschen
waschen
mir
dir
sich
sich
sich
uns
euch
sich
sich

Fikir verirsinizsə sanki mən iki cədvəl vermişəm, yəni sich qayıdış əvəzliyi iki dəfə təsrif edilmişdir.

Birinci təsrif formasında 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Akkusativ halı ilə eynidir.

İkinci təsrif formasında isə 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Dativ halı ilə eynidir.

Galan bütün şəxslər üçün hər iki təsrif formasında sich qayıdış əvəzliyi müvafiq şəxslər üzrə eynidir. O da maraqklı haldır ki, 3-cü şəxsin təkində, cəmində və hörmət mənasında sich qayıdış əvəzliyi ümumiyyətlə dəyişilmir.

Buradan bir sual yaranır ki, nə üçün birinci təsrif formasında 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Akkusativ halı ilə, amma ikinci təsrif formasında isə 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Dativ halı ilə eynidir. Yəni nə zaman Akkusativ və nə zaman Dativ halla eyni olmalıdır. Gəlin fikrimizi bir qədər də anlaşıqlı edək və sualı təxminən belə qoyaq:

“Sich” qayıdış əvəzliyi nə vaxt Akkusativdə və nə vaxt Dativdə təsrif edilir?

Bu sualın cavabını isə mən Sizə nümunələrlə bacardığım qədər anlaşıqlı izah etməyə çalışacağam.
Baxın əvəlcə mən Sizə azərbaycan dilində nümunə verirəm, yəni belə bir çox sadə cümlə:

1. Mən yuyunuram.
Alman dilində qarışılığı:
1.Ich wasche mich.

Indi isə ikinci nümunə:

2. Mən əllərimi yuyuram.
Alman dilində qarışılığı:
2.Ich wasche mir meine Hände.

Verilmiş iki nümunə cümlədən yəqin ki, Siz özünüz artıq nə isə başa düşdünüz. Birinci cümlədə

1.Ich wasche mich.
ümumiyyətlə yuyunmaqdan danışılır. Yəni konkret olaraq bədənin hansı hissəsinin yuyulması bəlli deyil. İndi isə mən daha anlaşıqlı olsun deyə belə deyirəm:
Bu cümlədə Akkusativ halda olan Objekt yoxdur, yəni Akkusativ Objekt yoxdur.
QAYDA: Cümlədə Akkusativ Obyekt yoxdursa, bu zaman sich qayıdış əvəzliyiAkkusativdə təsrif edilir.

İndi isə ikinci nümunə cümləyə fikir verin.

2.Ich wasche mir meine Hände.
Burada konkret olaraq bədənin nahsı hissəsinin yuyulması bəllidir. Yəni, cümlədə Akkusativ Obyekt var.
QAYDA: Cümlədə Akkusativ Obyekt varsa, bu zaman sich qayıdış əvəzliyi Dativdə təsrif edilir.

Alman dilində də azərbaycan dilində olduğu kimi kifayət qədər qayıdış fellər vardır. Mən Sizə daha tez-tez rast gəlinən qayıdış fellərin siyahısını verirəm. Amma unutmayın ki, bunlardan başqa da bir çox qayıdış fellər vardır:

Liste häufiger Reflexivverben

1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.
28.
29.
30.
sich anhören
sich ansehen
sich ärgern
sich beeilen
sich benehmen
sich das Bein brechen
sich entscheiden
sich entschuldigen
sich erholen
sich erinnern
sich erkälten
sich fragen
sich freuen
sich (krank/wohl) fühlen
sich gewöhnen
sich hinlegen
sich interessieren
sich kaufen
sich konzentrieren
sich leisten
sich treffen
sich überlegen
sich unterhalten
sich verlieben
sich verstehen
sich vorbereiten
sich vorstellen
sich waschen
sich wundern
sich wünschen
1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.
28.
29.
30.
qulaq asmaq / dinləmək
baxmaq (filmə)
acıqlanmaq
tələsmək
özünü aparmaq
ayağını sındırmaq
qərara gəlmək
üzr istəmək
istirahət etmək
xatırlamaq
izah etmək
özündən soruşmaq
sevinmək
özünü (xəstə/gümrah) hiss etmək
vərdiş etmək
uzanmaq (dincəlmək)
maraqlanmaq
almaq
diqqətini cəmləmək
özünə rəva görmək
qarşılaşmaq
götür-qoy etmək
söhbət etmək
vurulmaq
başa düşülmək
hazırlaşmaq
özünü təqdim etmək / təsəvvür etmək
yuyunmaq
təəccüblənmək
arzulamaq

Çox ümid edirəm ki, mən Sizə sich qayıdış əvəzliyi və onun təsrifi ilə əlaqədar nələrisə başa sala bildim.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4/5 - (8 votes)