Print

Dərs 3.1 – Köməkçi fellər

17 Bəyənmə Şərh yazmaq

Lektion 3.1 – die Hilfsverben

Alman dilində köməkçi fellər deyərkən əsasən haben, sein və werden fellərindən danışılır. Əlavə olaraq tun köməkçi feli də vardır amma bu fel machen – etmək felinin sinonimi kimi daha çox əsas fel kimi işlənir.

haben və sein 
fellərinin təsrifi:

ich   habe
du    hast
er    hat
sie   hat
es    hat
wir   haben
ihr   habt
sie   haben
Sie  haben haben felinin təsrifi zamanı fikir verin ki, 2-ci və 3-cü şəxsin təkində felin kökündə olan b hərfi düşür. Qalan şəxslər üçün isə ümumi qayda, yəni felin kökü + şəxs şəkilçisi qaydasına riayyət olunur. Bu qaydanı daha yaxşı başa düşə bilmək üçün 3-cü dərsə, şəxs sonluqlarıdərsinə bir də müraciət edə bilərsiniz.
ich   bin
du    bist
er    ist
sie   ist
es    ist
wir   sind
ihr   sind
sie   sind 
Sie  sind sein felinin təsrifində isə təəssüf ki, fellərin təsrifi qaydasına (felin kökü + şəxs şəkilçisi) əməl edilmir. Bu felin təsrifini sadəcə əzbərləmək və yadda saxlamaq lazımdır.

haben felinin tərcümə imkanları:
1-ci mənası
1.malik olmaq
Bu mənadan azərbaycan dilində nə yazılı, nə də şifahi formada istifadə edilmir. Yəni azərbaycanlı demir ki,
Mən bir avtomobilə malikəm.
Azərbaycanlı deyir ki,
Mənim bir avtomobim var.
Buna görə də haben feli əsasən 2-ci və 3-cü mənada, yəni:

2-ci mənası
2. VAR
mənasında daha çox istifadə edir. Məsələn:

Mənim bir avtomobilim var.
Sənin bir avtomobilin var.
Onun (kişinin) bir avtomobili var.
Onun (qadının) bir avtomobili var.
Bizim bir avtomobilimiz var.
Sizin bir avtomobiliniz var.
Onların bir avtomobili var.
Sizin bir avtomobiliniz var.Sıralanmada axırıncı Sizin bir şəxsə hörmət mənasında müraciət kimi başa düşülür.
Ich habe ein Auto.
Du hast ein Auto.
Er hat ein Auto.
Sie hat ein Auto.
Wir haben ein Auto.
Ihr habt ein Auto.
Sie habe ein Auto.
Sie habe ein Auto.Sıralanmada axırıncı Sie bir şəxsə hörmət mənasında müraciət kimi başa düşülür.

3-cü mənası

3. yoxdur
mənası məhz bu felin 3-cü mənasıdır. Bu məna alman dilində inkar hissəciyi kimi tanınan kein sözünün qeyri müəyyən artikli əvəz etməsi ilə düzəlir. Alman dilində buna inkar artikli də deyirlər. Gəlin fikrimizi haben felinin var mənası üçün quduğumuz cədvəllə əsaslandıraq:

 

Mənim bir avtomobilim yoxdur.
Sənin bir avtomobilin yoxdur.
Onun (kişinin) bir avtomobili yoxdur.
Onun (qadının) bir avtomobili yoxdur.
Bizim bir avtomobilimiz yoxdur.
Sizin bir avtomobiliniz yoxdur.
Onların bir avtomobili yoxdur.
Sizin bir avtomobiliniz yoxdur.Sıralanmada axırıncı Sizin bir şəxsə hörmət mənasında müraciət kimi başa düşülür.
Ich habe kein Auto.
Du hast kein Auto.
Er hat kein Auto.
Sie hat kein Auto.
Wir haben kein Auto.
Ihr habt kein Auto.
Sie habe kein Auto.
Sie habe kein Auto.Sıralanmada axırıncı Sie bir şəxsə hörmət mənasında müraciət kimi başa düşülür.

DİQQƏT! UNUTMAYIN! haben feli əsasən bütün isimlərin
1. qeyri müəyyən artikllə
2. Akkusativ / Təsirlik    halda işlənilməsini tələb edir.

(kişi cins:einen X,  qadın cins:eine X,  orta cins:ein X)
(kişi cins:keinen X,  qadın cins:keine X,  orta cins:kein X)

Bu nümunədə biz şərti olaraq avtomobil sözünü götürdük. Amma bu sözü istənilən konkret və ya mücərrəd bir isimlə də əvəz edə bilərik.

Sein felinin tərcümə imkanları:

Gəlin bu felin bizə məlum olan mənalarına fikir verək:

1-ci mənası
1.-am, -əm
2.-san, -sən
3.-dır, -dir, -dur, -dür
4.-ıq, -ik, -uq, -ük
5.-sınız, – siniz, sunuz, sünüz
6.-dırlar, -dirlər, -durlar, -dürlər
müvafiq şəxslərə uyğun şəkilçilər kimi işlənərək canlı və cansız, konkret və abstrakt olan hər bir şeyin: insanın, heyvanın, canlının və cansızın, keyfiyyətin və s. məhz həmin şey, məhz həmin cür olduğunu, məhz belə olduğunu, kiminsə razılığını və s. təsdiq edir.
Məsələn:

 

Bu insandır.
Sən yaşlısan.
Otaq böyükdür.
Biz tələbəyik.
Bu alman dilidir və s.
Das ist ein Mensch.
Du bist alt.
Das Zimmerist groß.
Wir sind Studenten.
Das ist die deutsche Sprache und so weiter.

Biz bu nümunələrin sayını sonsuzluğa qədər də artıra bilərik.

2-ci mənası
2. deyil

Sein felinin 2-ci mənası sadəcə 1-ci mənanın inkarı kimi qəbul edilmədir və bunicht və kein inkar hissəcikləri vasitəsi ilə düzəlir.
Fikrimizi yuxarıda sein felinin 1-ci mənası üçün qurduğumuz cədvəllə əsaslandıraq:

Bu insan deyil.
Sən yaşlı deyilsən.
Otaq böyük deyil.
Biz tələbə deyilik.
Bu alman dili deyil. və s.
Das ist kein Mensch.
Du bist nicht alt.
Das Zimmer ist nicht groß.
Wir sind keine Studenten.
Das ist nicht die deutsche Sprache und so weiter.

3-cü mənası

3. var
Fikir verirsinizsə bu məna haben felinin 2-ci mənasına uyğun gəlir. Amma Bu mənaların yalnız səslənməsi və yazılışı eynidir, daşıdıqları anlam isə başqadır. Əgərhaben felinin var mənasına baxsaq, bu məna mənsubluq, yiyəlik, sahiblik, yəni kiminsə nəyəsə və ya nəyinsə nəyəsə malik olduğunu bildirir.Yuxarıda verilmişhaben felinin 2-ci mənasına aid nümunələr fikrimizi təsdiq edir.

sein felinin var mənası sadəcə əşyanın, varlığın, məvhumun haradasa olduğunu- haradasa var olduğunu bildirməklə alman dilində mövcud olan es gibt, yəni varifadəsinin danışıqda sinonimi kimi çıxış edir. Sein felinin var mənasında işlədildiyi istənilən bir yerdə onu asanlıqla es gibt ifadəsi ilə əvəz etmək olar. Haben felinin 2-ci mənasından fərqli olaraq burada heç bir mənsubluqdan, sahiblikdən söhbət getmir. Gəlin nümunələrə baxaq:

Burada bir insan var.Otaqda bir masa var.Masanın üstündə bir kitab var. Hier ist ein Mensch.
və ya
Hier gibt es einen Menschen.İm Zimmer ist ein Tisch.
və ya
İm Zimmer gibt es einen Tisch.Auf dem Tisch ist ein Buch.
və ya
Auf dem Tisch gibt es ein Buch.

4-cü mənası

4. yoxdur
Bu mənanı sein feli də eynən haben feli kimi kein inkar hissəciyi vasitəsi ilə əldə edir. Yuxarıdakı cədvəldən istifadə edərək fikrimizi təsdiq edək.

 

Burada bir insan yoxdur.Otaqda bir masa yoxdur.Masanın üstündə bir kitab yoxdur. Hier ist kein Mensch.
və ya
Hier gibt es keinen Menschen.İm Zimmer ist kein Tisch.
və ya
İm Zimmer gibt es keinen Tisch.Auf dem Tisch ist kein Buch.
və ya
Auf dem Tisch gibt es kein Buch.

Gördüyümüz kimi bu məna da haben felinin 3-cü mənası kimi yazılır və səslənir. Amma artıq haben feli ilə sein felinin daşıdıqları anlam yükünün nə ilə fərqləndiyini biz bacardığımız qədər izah etdik. Ona görə də azərbaycan dilində bu mənaların eyni yazılışları və səslənmələri bizi çaşdırmalı deyil.

WERDEN
felinin təsrifi

Werden feli azərbaycan dilinə əsasən:

1. “-acaq”,”-əcək”, “-yacaq”, “-yəcək” gələcək zman düzəldən şəkilçilər kimi
2. bəzən cümlədə müstəqil olaraq əsas fel kimi işlənilə də bilir.
3.Passivdə bütün zaman formalarının düzəldilməsində köməkçi fel kimi

Amma hər şeydən əvvəl gəlin bu felin təsrifi ilə, yəni şəxslər üzrə dəyişilməsi ilə tanış olaq:

ich   werde
du    wirst
er    wird
sie   wird
es    wird
wir   werden
ihr   werdet
sie   werden
Sie  werden

İndi isə gəlin bu felin yuxarıda verilmiş hər üç mənası üçün nümunələrlə tanış olaq:

1. “-acaq”,”-əcək”, “-yacaq”, “-yəcək” gələcək zman düzəldən şəkilçilər kimi

Wir werden gerne die deutsche Sprache lernen.
Biz həvəslə alman dilini öyrənəcəyik.

Ihr werdet mit dem Flugzeug fliegen.
Siz (cəmdə) təyyarə ilə uçacaqsınız.

Du wirst die Grammatik verstehen.
Sən qrammatikanı başa düşəcəksən.

2. bəzən cümlədə müstəqil olaraq əsas fel kimi işlənilə də bilir.

Ich werde Deutschlehrer.
Mən alman dili müəllimi olacağam.

Du wirst Ingebnieur.
Sən mühəndis olacaqsan.

Sie wird Ärztin.
O (qız) həkim olacaq.

3.Passivdə bütün zaman formalarının düzəldilməsində köməkçi fel kimi
Bu haqqda Passivin düzəldilməsinə baxın.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4/5 - (1 vote)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: